Icma.az
close
up
RU
Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Ölkəmizdə etibarnamə ilə avtomobil almaq alqı-satqı prosesində daha sadə və ucuz üsul kimi qəbul edilir. Lakin bu, alıcını birbaşa avtomobilin hüquqi sahibi etmədiyi üçün müəyyən ciddi risklər daşıyır.

Etibarnamə yalnız avtomobildən istifadə və idarəetmə hüququnu verir. Bu vəziyyət avtomobilin əsl sahibi ilə problemlərin yaranmasına, etibarnamənin ləğv edilməsi və ya məhkəmə mübahisələri kimi ciddi hüquqi çətinliklərə səbəb ola bilər.

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ortada etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var:

"Vətəndaşlar birinci növbədə bilməlidirlər ki, etibarnamə ilə avtomobil almaq və yaxud satmaq anlayışı qanunvericilikdə yoxdur. Avtomobil yalnız notariat kontorlarda bağlanmış alğı-satqı müqaviləsi və ya Dövlət Yol Polisi İdarəsində bağlanmış alğı-satqı müqavilələri ilə xüsusi mülkiyyət hüququ kimi rəsmiləşdirilir və texniki şəhadətnamə təqdim olunur.

Nəqliyyat vasitəsi barədə hər kəs etibarnamə verə bilər. Sadəcə etibarnamənin forması və ötürülən hüquqlar məsələsi var. Ötürülən hüquqlarda əgər şəxs, özünün mülkiyyətində olan etibarnaməni yalnız sürmək hüquqi kimi verirsə, bu həmin etibarnamədə qeyd olunur və sürmək hüquqları təsbit olunur".

Hüquqşünas qeyd edib ki, artıq ər-arvad öz mülkiyyətlərində olan avtomobili idarə etmək üçün də etibarnamə təqdim etməlidir.

"Ümumiyyətlə, istifadə, sərəncam və qeydiyyatla bağlı hüquqlar ötürüldükdə, onlar da etibarnamədə qeyd olunur. Bu hər kəsin bildiyi baş etibarnamə (generalni davernus) anlayışı kimi qəbul edilir. Nəticə etibarı ilə, həmin baş etibarnamə anlayışı qanunvericilikdə olmasa da, şəxsin adından hüquqları digər bir şəxsi ötürə bilir. Yaxın qohumlarla bağlı isə, yaxın zamanlarda Konstitusiya məhkəməsinin qərarı oldu.

Ərlə-arvadın birgə və ya paylı mülkiyyəti olmasına rəğmən, onların etibarnamə tələb olunmaqla avtomobili idarə etmə məsələsi gündəmə çıxarılmışdı. Məhkəmənin mövqeyi bundan ibarət oldu ki, paylı mülkiyyət olmasına baxmayaraq, ər-arvad mülkiyyətlərində olan avtomobili idarə etmək üçün etibarnamə təqdim etməlidirlər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri