Icma.az
close
up
RU
Etibarnamə ilə bağlı YENİ QƏRAR sürücülərə nə VƏD EDİR?

Etibarnamə ilə bağlı YENİ QƏRAR sürücülərə nə VƏD EDİR?

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Etibarnamə ilə avtomobil idarə edənlərin üzləşdiyi ənənəvi problem öz həllini tapıb. Belə ki, indiyədək inzibati xətalarla bağlı cərimələr sonuncu etibarnamə verilən şəxsin adına gəlirdisə, bu, daha belə olmayacaq. Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqi vasitəsilə etibarnamə ilə avtomobili idarə edəcəyiniz tarixləri seçə və bununla bağlı müraciət ünvanlaya bilərsiniz.

Mövzu ilə bağlı daha ətraflı nəqliyyat eksperti, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli Redaktor.az-a açıqlamasında danışıb:

"Bizim hazırda qüvvədə olan qanunvericiliyimizə görə, avtomobil sahibləri faktiki olaraq digər şəxslərə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə etməyə səlahiyyətlər verirdilər. Bu zaman sürücülər qayda pozurdularsa, tətbiq olunan cərimələr əksər hallarda sürücülərə yox, həmin nəqliyyat vasitəsinin sahibinə yönəlirdi. Amma artıq vaxtın seçilməsi məsələsi var. Yəni tarix etibarnamə alan şəxs tərəfindən seçiləcək və həmin vaxtdan nəqliyyat vasitəsinin idarə olunması zamanı törədilən qayda pozuntularında cərimələr avtomobil sahibinə deyil, birbaşa idarə edən sürücüyə tətbiq olunacaq".

Ekspert qeyd etdi ki, yeni qərarın müsbət tərəfi prosesdə ədalətli yanaşmanı təmin etməsidir:

"Etibarnamə ilə sürücü, konkret olaraq başqa şəxs hansısa yol hərəkəti qaydasını pozursa və ona cərimə tətbiq olunursa, bunun təbii ki, birbaşa ünvanına çatması ədalətli yanaşma olacaq. Bu inzibati cərimənin tətbiqi məhz xətanı törədən şəxsə yönələcək".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri