Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Etibarnamə ilə ev alanların DİQQƏTİNƏ! Böyük risklər VAR

Etibarnamə ilə ev alanların DİQQƏTİNƏ! Böyük risklər VAR

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Etibarnamə ilə ev alqı-satqısı müəyyən risklər daşıyır. Əsas risklərdən biri saxta etibarnamələrin istifadəsi və ya etibarnamə sahibinin səlahiyyətlərindən sui-istifadə etməsidir. Həmçinin etibarnamənin müddətinin bitməsi və ya etibarnamə verənin razılığını geri çəkməsi hüquqi mübahisələrə səbəb ola bilər. Buna görə də bu prosesdə diqqətli olmaq və hüquqi məsləhət almaq vacibdir.

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Redaktor.az-a açıqlamasında bildirdi ki, ev alqı-satqısı notarius vasitəsilə həyata keçirilir:

"Müqavilə bağlanılır, həmin müqavilə ilə qeydiyyata düşülür. Reyestrdən yeni çıxarış əldə olunur və bununla da vətəndaş alqı-satqı nəticəsində əldə edilmiş mülkiyyətə sahiblik hüququnu əldə edir, yəni hüquqların dövr edilməsi baş verir. Hər hansı bir sənəddə bildirilirsə ki, hazırda evin sənədi yoxdur, həmin evi alan şəxs qeydiyyata salınır və sonradan evi satan şəxs özü qeydiyyatdan könüllü surətdə çıxarır. Bu halda alan şəxs evin tək sahibinə çevrilir. Əslində, bunlar hamısı riskli hadisələrdir, çünki əgər hər hansı bir alqı-satqı, rəsmi dövlət notarial kontoru tərəfindən təsdiqlənmirsə, müqavilə bağlanmırsa və həmin müqavilənin əsasında Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən sənəd vətəndaşa təqdim olunmursa, onun mülkiyyəti sayılmır".

Ekspert qeyd etdi ki, ona istifadə hüquqları və yaxud hər hansı bir dövlət tərəfindən həmin evin alınması, sökülməsi nəticəsində kompensasiya ödənilməsi hüquqları olur, amma bunlar da risklidir:

"Çünki ola bilər ki, mülkiyyət hüququ tanınmadığına görə kompensasiya verilməsin və yaxud digər mülkiyyət hüququ olan əmlakla müqayisədə daha az kompensasiya təqdim olunsun. Belə risklər olmasın deyə, vətəndaş məsləhətdir ki, yalnız və yalnız mülkiyyət hüququnu təsdiq edən sənədlə, yəni çıxarışla olan fərdi yaşayış evi və yaxud da mənzil əldə etsin, alqı-satqını da qanunvericilikdə necə tələb olunursa, o cür həyata keçirsin, müvafiq mülkiyyət hüququnu təsbit edən sənədi əldə edə bilsin. Bu zaman heç bir risk qalmır. Çünki həmin əmlaka müvafiq hüquqları özündə əks etdirən sənəd artıq yeni alıcının, yeni mülkiyyətçinin əlində olur. Alıcı ilə satıcının öz aralarında müqavilə bağlanması və yaxud etibarnamə verilməsi, həmin əmlakda qeydiyyata salınması və s. bu tip alqı-satqı formaları indiyə qədər çox baş verib. Ola bilsin ki, minlərcə hadisənin içində çox az bir qismində risklər olub. Amma bu o demək deyil ki, risk heç vaxt yarana bilməz. Çünki mülkiyyət əldə etmək elə bir hadisədir ki, hər bir vətəndaş ömründə bir neçə dəfə normalda mülkiyyəti əldə edir və ya onu dəyişdirir. Bu, çox ciddi bir hadisədir. Həmin hadisənin qarşılığında böyük məbləğdə məsrəflər həyata keçirilir, yəni xərclər və ödənişlər olur. Belə risklə üzləşməmək üçün hər şey sənədlər üzərində olmalıdır və müvafiq qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir".

Vüqar Oruc əlavə etdi ki, bəzən iki vətəndaş razılığa gəlirlər ki, kreditlə olan ev artıq digərinin adına keçirilir:

"Həmin adam krediti ödəyib qurtarandan sonra vətəndaş iddia edir ki, yox, mən fikrimi dəyişmişəm. Ödədiyiniz kredit məbləğini sizə qaytarıram və yenidən mülkiyyət hüququnu geri qaytarıram. Əslində isə geri qaytarmır, bu, söz olaraq deyilmiş, yaxud hər hansı bir etibarnamə ilə verilmiş məsələdir. Ona görə bu əsas sayılmır və vətəndaş da təbii ki, problemlə üzləşir. Bundan əlavə, bu gün ödənilən məbləğ sabah dəyərdən düşmüş halda olur. Tutaq ki, kimsə kreditə 100 min manat ödəyirsə, sonradan mülkiyyətçi fikrini dəyişirsə ki, yox, mən bu əmlakı sizə satmıram, həmin məbləği hətta geri qaytarsa belə, o məbləğ vaxtında ödənilən məbləğlə eyni dəyər kəsb eləmir. Belə hallar olmasın deyə mütləq hər bir proses, o cümlədən ev alqı-satqı prosesi qanunauyğun şəkildə həyata keçirilməlidir".

Sevinc İBRAHİMZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri