Icma.az
close
up
RU
Etimadı doğrultmayan kadrlar yenilənir DEPUTAT

Etimadı doğrultmayan kadrlar yenilənir DEPUTAT

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan dövləti son illərdə ciddi siyasi və iqtisadi uğurlar əldə edib. Bu nailiyyətlər yalnız mərkəzi səviyyədə qəbul olunan qərarlarla deyil, eyni zamanda həmin qərarların effektiv və ardıcıl icrası ilə mümkün olub. Çünki istənilən strategiyanın real nəticə verməsi üçün onun düzgün icrası əsas şərtdir".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev vəzifəyə təyin etdiyi kadrlara mütəmadi olaraq xalqın yanında olmağı, özlərini dövlət məmuru deyil, xalqın xidmətçisi kimi görməyi tövsiyə edir: "Dövlət qulluğunun əsas missiyası xalq–dövlət birliyini möhkəmləndirmək, insanların sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımları dəstəkləmək və həyata keçirilən siyasətin mahiyyətini cəmiyyətə düzgün çatdırmaqdır.

Məhz bu yanaşma çərçivəsində kadr islahatları davamlı xarakter daşıyır və ardıcıl şəkildə həyata keçirilir. Etimadı doğrultmayan, müasir idarəetmə tələblərinə cavab verməyən şəxslər yeniləri ilə əvəz olunur. Xüsusilə gənc, peşəkar, müasir dünyagörüşünə malik və nəticəyönümlü kadrların irəli çəkilməsi prioritet istiqamətlərdəndir. Bununla yanaşı, idarəetmə təcrübəsinə malik şəxslərin də prosesə cəlb olunması balanslı və effektiv modelin formalaşmasına xidmət edir. Yeni təyinatlar dövlət qurumlarının müasirləşdirilməsinə, şəffaflığın artırılmasına və idarəetmədə çevikliyin təmin olunmasına xidmət edir. Bu isə, öz növbəsində, dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə və vətəndaş məmnuniyyətinin artmasına birbaşa təsir göstərir.

Ümumilikdə, kadr islahatlarına məhz bu prizmadan yanaşmaq lazımdır. Dövlət siyasətinin effektiv icrası üçün vəzifəsini layiqincə yerinə yetirməyən və ya ictimai etimadı itirən kadrların yenilənməsi təbii və zəruri prosesdir. Yeni kadrların əsas vəzifəsi dövlət siyasətini düzgün icra etmək, xalqa xidmət göstərmək və xalq–dövlət birliyinin daha da möhkəmlənməsinə töhfə verməkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri