Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Prezidentin ədalət tələbi: Kadrlar etimadı doğrultmalıdır!

Prezidentin ədalət tələbi: Kadrlar etimadı doğrultmalıdır!

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xarici siyasətin gücü daxili siyasətin uğurundan qaynaqlanır

Azərbaycan dövləti üçün xarici siyasət kimi, daxili siyasət də son dərəcə önəmlidir. Bunu Prezident İlham Əliyevin noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən bildirdiyi fikirlər də təsdiqləyir. Deməli, ölkəmizin daxilindəki mənzərə xarici siyasətdəki uğur paradiqmasına adekvatlılığını qorumalıdır. Yəni heç bir halda imkan verilə bilməz ki, Cənubi Qafqazın lider dövlətinin nüfuzu daxildəki hansısa məmurun şəxsi hegemoniyasının əsirinə çevrilsin.

Dövlətimizin başçısının ifadə etdiyi kimi, bu gün Azərbaycanın bölgələri canlanmaqdadır. Ancaq bu, yetərli deyil. Çünki rayon, qəsəbə və kəndlərimiz təkcə canlanmamalı, eyni zamanda, ən yüksək standartlara cavab verməlidirlər: “Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma. Yəni, bütün bu işləri biz son illər ərzində görmüşük ki, insanlar daha yaxşı yaşasınlar”.

Deməli, subyektiv yanaşma, fərdi planda meydana çıxan xarakter görülmüş işlərə, əldə edilmiş nailiyyətlərə zərər vurmamalıdır. Prezident İlham Əliyevin noyabrın 12-də vəzifəyə yeni təyin olunmuş şəxslərə verdiyi başlıca mesajlardan biri də bu idi. Bəs onlar necə işləməlidirlər, dövlətimizin başçısının buna dair yol xəritəsi mahiyyəti daşıyan konkret göstərişi var: “İnsanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq. Yəni, mənim tələblərim bundan ibarətdir. Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir”.

Əlbəttə, zaman-zaman işinin öhdəsindən gələ bilməyən, müxtəlif yollarla şəxsi mənfəət hərisliyini ödəmək istəyən vəzifəlilər olub. Belələrinin yarıtmaz fəaliyyəti nəticəsində narazılıqları da eşitmiş və görmüşük. Onlar dövlət başçısının etimadını əməli iş müstəvisində dəyərləndirməyənlərdir. Prezident İlham Əliyevin isə durumu təsvir etməsindəki çalarlar məxsusidir. Bu o deməkdir ki, ölkəmizin lideri vəzifəyə təyin olunmuş hər bir şəxsin hərəkət və davranışından, fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən xəbərdardır. “Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız”, - deyən Prezident İlham Əliyevin fikirləri, əslində, təkcə yeni vəzifəyə təyin olunmuş şəxslərə deyil, eyni zamanda, hazırda məsul vəzifə tutanlara ciddi siqnal olmalıdır.

Bəli, məmurların əsas vəzifəsi xalqa xidmətdir. Söhbət qüsursuz xidmətdən gedir. Bunun başlıca meyarı isə dövlət başçısının bütün tapşırıqlarını vaxtında və vicdanla yerinə yetirməkdir. Elə səviyyədə yerinə yetirmək ki, irad, yaxud iradlar olmasın: “Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın”.

Beləliklə, məmurlar, yeni vəzifəyə təyin olunmuş şəxslər dövlətimizin başçısının tapşırıqlarını o səviyyədə icra etməlidirlər ki, yerlərdə həm görülmüş işlərə zərər gəlməsin, həm də insanlara həssas münasibət olsun. Əlbəttə, həssas münasibətin ən böyük göstəricisi bir yandan qoyulmuş tapşırıqları düzgün icra etməkdirsə, digər tərəfdən şəxsi xarakter amili də ön plandadır.

Prezident dövlət idarəçiliyindəki vəziyyətin neqativ təzahürləri barədə də məlumatlıdır. Ona görə verdiyi tapşırıqlar, eyni zamanda, xəbərdarlıq mahiyyəti daşımaqdadır: “Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var”.

“Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”. Bu fikirləri Prezident İlham Əliyev 2019-cu il oktyabrın 23-də Mikayıl Cabbarovu iqtisadiyyat naziri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bildirmişdi.

Dövlətimizin başçısı həmin ilin dekabrında yerli mediaya müsahibəsində də kadr islahatlarının zəruriliyinə dair düşüncələrini bölüşmüş və daha dərin mətləblərdən söz açmışdı: “Kadr və struktur islahatları, əslində, bir-birini tamamlayan islahatlardır. Bu, ümumi islahatlar siyasətinin təzahürüdür. İslahatlar müxtəlif dövrlərdə, müxtəlif templə və səmərə ilə həyata keçirilib. Keçənilki prezident seçkilərindən sonra mənim andiçmə mərasimimdəki çıxışımda islahatların yeni mərhələsi elan edildi və biz bu islahatları ardıcıl şəkildə reallaşdırmağa başladıq, o cümlədən kadr islahatları ilə bağlı olan məsələlər öz həllini tapdı. Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənc, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir”.

Əlbəttə, Prezident İlham Əliyevin kadr islahatlarına dair digər fikir və düşüncələri də var. Ancaq hazırda diqqət çəkən meyil idarəçilik üçün seçilmiş kadrların özlərinin kadr seçiminə nə dərəcədə həssas yanaşmalarıdır. Dövlətimizin başçısının noyabrın 12-dəki qəbul zamanı dilə gətirdiyi başlıca məqamlardan biri budur. Ölkəmizin lideri mövzuya baxışını əsaslandırarkən cəmiyyətdə artıq formalaşmış olan mühüm stereotipə diqqət çəkərək, insanların heç bir qanunsuz hərəkətin nəticəsiz qalmayacağına inamının olduğunu qabardıb: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək”.

Prezident İlham Əliyevin də açıqladığı kimi, kadr və struktur islahatlarının başlıca hədəfi sosial ədalətdir. Sosial ədalətə nail olmaq, habelə onu qorumaq hər bir məmurun ümdə vəzifəsidir. “Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir”, - deyən dövlətimizin başçısı yeni təyin etdiyi şəxslər qarşısında yerlərdə mövcud olan, insanları narahat edən məsələlərin həlli tapşırığını qoyduğunu da vurğulayıb. Deməli, qalır tapşırıqları düzgün və qüsursuz şəkildə icra etmək. Elə icra etmək ki, insanlarda, vətəndaşlarda Azərbaycan dövlətinin ədalətinə olan inam hissi sarsılmasın. İnam isə son dərəcə önəmlidir. Nəzərə alaq ki, vətəndaş inamı hər bir dövləti ayaqda saxlayan, ən əsası beynəlxalq arenada da güclü tutan son dərəcə müstəsna amildir.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri