Icma.az
close
up
RU
Etimadın sıfır nöqtəsində açılan atəş

Etimadın sıfır nöqtəsində açılan atəş

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın atəşkəsi pozması sülhə təhdiddir

Bir yandan Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin razılaşdırılması üzrə danışıqların başa çatdığı bildirilir, dünyanın müxtəlif ölkə və təşkilatlarının rəhbərlərindən bununla bağlı təbriklər eşidilir, pozitiv fikirlər ifadə olunur, digər tərəfdən isə Ermənistanın silahlı qüvvələri şərti sərhəddə, qoşunların təmas xəttində atəşkəsi pozurlar.

Hələ baş nazir Nikol Paşinyan region ölkələrinin rəhbərlərinə barış sazişi mətni barədə məlumat xarakterli telefon zəngləri də edir. İndi necə başa düşək, hansı nəticəni çıxaraq? Deməli, Ermənistan rəhbərliyinin bir əməli ilə digəri arasında təzad var. Görünür, məhz buna görə Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumundakı çıxışında rəsmi İrəvana etimadın sıfıra bərabər olduğunu vurğulamışdı.

Dövlətimizin başçısının fikirləri yenə də özünü doğruldur və uzun fasilədən sonra eşidilən güllə səsləri Ermənistana etimadsız yanaşmamıza haqq qazandırır. Yeri gəlmişkən, Prezident İlham Əliyev martın 13-də “Euronews” telakanalına müsahibəsində Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı bunları da vurğulamışdı: “Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.

Hazırda sülhün 44 günlük müharibə qalibi olan Azərbaycan tərəfindən müəyyənləşdirilmiş iki başlıca şərti var. Ermənistan konstitusiyasının dəyişdirilməsi, sənədin işğalçı istinad mahiyyətinin aradan qaldırılması, ATƏT-in Minsk qrupunun, yəni, fəaliyyəti, böyük ölçüdə, torpaqlarımıza təzavüzün leqallaşdırılmasına yönəlmiş təsisatın ləğvi.

Baş nazir N.Paşinyan sülh sazişi mətninin razılaşdırılmasından sonra onu imzalamağa hazır olduğunu bildirdi və dərhal bu mövqeyinin beynəlxalq miqyasda reklamına girişdi, özünü sülhpərvər göstərməyə çalışdı. Ölkəmizin rəhbərliyi isə diqqətə çatdırdığımız iki şərtin gündəmdə olduğunu vurğuladı.

Şübhəsiz, Ermənistan rəhbərliyinin tələskənliyi manipulyativdir. Belə yanaşma sülh müqaviləsinin erməni avantürizmi seqmentindən yan keçməklə imzalanması üçündür. Məqsəd gələcəkdə həmin avantürizmin nümayişinə zəmin saxlamaqdır. Azərbaycana gəldikdə, ölkəmiz sülhə fundamental yanaşır, Cənubi Qafqazın sabitliyini və təhlükəsizliyini əsas götürür, riskləri heçə endirməyə çalışır. Ümumən, ölkəmiz regionda ambisiyalara rəvac verə biləcək bütün mənfi tendensiyaların aradan qalxmasında israrlıdır.

***

Bəli, Ermənistanın atəşkəsi pozacağını gözləmək olardı. İstər N.Paşinyanın, istərsə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ötən həftə dilə gətirdikləri bunu söyləməyə əsas vermişdi. Birinci demişdi ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi ölkənin daxili işidir. Onun sözlərindən belə çıxmışdı ki, dəyişikliyə ümumən ehtiyac duyulmur. Nikolun fikrincə, ehtiyac həm də o səbəbdən yoxdur ki, guya, erməni ana qanununda Azərbaycana qarşı ərazi iddiası istisnadır.

Zəruri haşiyə çıxaq ki, sülh müqaviləsinin mətni üzrə razılaşdırılmış son iki bənddən birində regionda üçüncü qüvvələrin olmaması məsələsi yer alır. Hazırda üçüncü qüvvə qismində Avropa İttifaqının Azərbaycan – Ermənistan şərti sərhədinin Hayastan tərəfində keşik çəkən mülki müşahidə missiyası var. Erməni XİN rəhbəri A.Mirzoyan ötən həftə bildirdi ki, həmin missiya fəaliyyətinə yalnız sülh müqaviləsi imzalandıqdan sonra son qoyacaq. Sözümüz ondadır ki, rəsmi İrəvanın sırf sülh müqaviləsi ilə bağlı da təzadlı manipulyasiyası var.

***

Yeri gəlmişkən, N.Paşinyan bir müddət əvvəl Aİ müşahidəçilərinin sərhədin delimitasiya olunmuş hissəsində fəaliyyət göstərməyəcəklərini açıqlamışdı. Təxminən belə, həmin zonalarda hər şey yaxşıdır, quruma ehtiyac yoxdur. Göründüyü kimi, baş nazirin dediyi ilə Mirzoyanın missiya təmsilçilərinin regiondan çıxacaqlarının barış sazişinin imzalanmasından sonraya saxlanılması məntiqi arasında ziddiyyət var. Ziddiyyəti təsdiqləyən, habelə Aİ-nin başqa gündəminin mövcudluğunu göstərən daha bir məqam da var.

Qeyd edək ki, Aİ-nin müşahidə missiyasının rəhbəri Markus Ritter erməni mediasına müsahibəsində Nikolun bildirdiklərinin əleyhinə çıxmışdı. O, missiya üzvlərinin heç yerə getməyəcəyini, Azərbaycanla sərhədin delimitasiyası aparılmış hissələrinə yaxın bölgələrdə yaşayan əhali ilə söhbətlər aparacaqlarını, məktəblərdə, icmalarda təmaslar quracaqlarını vurğulamış, bir sözlə, müşahidəçiləri, obrazlı desək, “sülh qaranquş”u kimi dəyərləndirmişdi.

Ritter, eyni zamanda, son dərəcə absurd tərzdə bildirmişdi ki, Aİ müşahidəçiləri fəaliyyətlərini Azərbaycanın və Ermənistanın quruma ehtiyacın duyulmadığına dair birgə müraciətindən sonra dayandıracaqlar. Məlumdur ki, ölkəmiz Aİ missiyasını regiona nəinki dəvət etməyib, əksinə, onun mövcudluğuna həmişə kəskin yanaşıb. Görəsən, Ritter hansı birgə müraciətdən dəm vurur? Suala cavab vermək çətindir, amma Paşinyan hakimiyyətinin Aİ müşahidəçilərini bölgədə tutmaq üçün dəridən-qabıqdan çıxması onu deməyə əsas verir ki, rəsmi İrəvan Qərbin sərsəm gündəliyinin icrasından geri durmaq niyyətində deyil. Nikol sülh müqaviləsini həmin gündəmin, bir növ, inhisarında görür.

***

Azərbaycan sülh danışıqlarının mətninin razılaşdırılması ilə barış şərtlərini ayrı tutur. Ermənistan silahlı qüvvələri isə atəşkəsi ölkəmiz sülhün iki şərtinin gündəmdə qaldığını yenidən vurğuladıqdan sonra pozdu. Yəni rəsmi İrəvan Bakının prinsipial mövqeyini qəbul etmək istəmədiyini atəş səsləri ilə sübuta yetirdi. Hər şey aydındır. Ancaq durumun başqa təfərrüatlarına nəzər salmaq zəruridir. Çünki Ermənistan rəhbərliyinin güllə səslərinin eşidilməsinə münasibəti ilə bağlı bəzi məqamlar var.

Deməli, martın 16-da atəşkəs üç dəfə pozulub. Ermənistanın Müdafiə Nazirliyi bu halın hər üçünə reaksiya verib. Qurumun birinci açıqlamasında bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiya yalandır. İkinci açıqlamada Azərbaycan MN-nin, guya, yenidən dezinformasiya yaydığı, üçüncüdə isə ölkəmizin baş hərbi idarəsinin “dezinformasiya yaymağa davam etdiyi” vurğulanıb. Hər üç açıqlamada təkrarlanması diqqət çəkən bir nüans var: “Xatırladaq ki, Ermənistan baş nazirinin aparatı atəşkəs rejiminin pozulması və bununla əlaqədar informasiyaların yayılması hallarının araşdırılması üçün Ermənistan və Azərbaycan arasında müştərək mexanizm yaratmağı təklif edib, ancaq Azərbaycan hələ də buna reaksiya verməyib”.

Ermənistan davamlı olaraq Azərbaycanla birgə mexanizm yaratmaqdan danışır. Nəzərə alaq ki, ölkə atəşkəs rejiminin pozulmasına nəzarət mexaniminin formalaşdırılmasını əvvəllər də irəli sürüb. Rəsmi İrəvanın, bütövlükdə, silahlanmaya birgə nəzarətlə bağlı mexanizm yaratmaq təklifinin olduğunu da bilirik. Hesab edirik ki, bütün bunlar Paşinyan administrasiyasının öz sərsəm baxışlarını qəbul etdirmək, əsl mahiyyətdən uzaqlaşmaq cəhdlərindən başqa bir şey deyil. Guya, mexanizm olanda nə dəyişir? Heç nə və bunun sübutu var.

Məsələn, ötən il Azərbaycan tərəfi atəşin Ermənistana məxsus konkret hansı ərazidən açıldığının video-görüntülərini təqdim etmişdi. Rəsmi İrəvan buna qarşı heç bir tədbir görmədi, ölçü götürmədi Əvəzində bildirdi ki, guya, atəş açan erməni ordu birləşmələrinin təmsilçisi yox, hansısa könüllü imiş. Görəsən, könüllünün səngərdə nə işi olub? Gülməli deyilmi? Daha gülməli olan Paşinyan administrasiyasının keşmişin “təcrübəsini” yenidən tətbiq etmək istəməsindədir.

Yada salaq ki, 1991-1993-cü illərdə Azərbaycan və Ermənistan dəfələrlə atəşkəs razılığına gəlsələr də, üzərindən bir gün keçməmiş hər şey alt-üst olurdu. Erməni tərəfi iddia edirdi ki, məsələ onlarlıq deyil və guya Qarabağ könüllüləri durumla barışmırlar. Bu “barışmazlığın” nəticəsində isə torpaqlarımız işğal edildi, bir milyon vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qaldı. Üstəlik, erməni tərəfin İkinci Qarabağ müharibəsi günlərində də əldə edilmiş atəşkəs razılaşmalarını pozma faktları var.

Sözümüz ondadır ki, Ermənistan rəhbərliyi məsuliyyətsiz mövqe tutursa, özünün hansısa sərsəm ritorikasının diktəsi üçün plasdarm axtarırsa, nə üçün Azərbaycan mücərrəd müştərək mexanizm təklifi ilə razılaşmalıdır.

Digər tərəfdən, Ermənistan MN açıqlamasında ölkəmizin Müdafiə Nazirliyinin, guya, yalan informasiya yaydığını iddia etməklə kifayətlənir. Görəsən, qurumdakılar nə demək istəyirlər? Bəlkə bildirmək istəyirlər ki, güllə səsləri eşidilməyib? Olmazdımı ki, məsələyə ətraflı münasibət bildirəydilər, detalları diqqətə çatdıra, hansısa yeni şərt irəli sürürlərmiş kimi davranmayaydılar?..

Azərbaycan atəşkəsin qarşı tərəfdən pozulduğunu sübutlu şəkildə bəyan edir, konkret saat açıqlayır. Rəsmi İrəvan məsələyə həssas yanaşmır və daha bir nəticəyə gəlirik ki, atəş səsləri ölkəmizin sözügedən mexanizm təklifini qəbul etmədiyinə görə eşidilir. Bəlkə, erməni ordusu Azərbaycana nə isə qəbul elətdirəcəyinə inanır? Sualımız ritorik təsir bağışlasa da, qarşı tərəf atəşkəsi pozması xüsusunda açıqladıqlarının nəticələrini, hansı assosiasiya doğurduğunu düşünməli, el dilində desək, ayağını yorğanına görə uzatmalıdır. Sırf nəticə barədə isə sonda söz açacağıq. Hələlik isə...

***

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mətninin razılaşdırılmasına dair danışıqların yekunlaşdırılması ilə əlaqədar xəbər yayılmazdan əvvəl ölkəmizin “Caliber.az” saytı bir məlumat yaymışdı. Məlumatda Ermənistanın Azərbaycanla aprel ayında müharibəyə başlayacağı bildirilirdi. Erməni mediasında açıqlanan bəzi bilgilər də həmin bunu təsdiqləyirdi. Məsələn, “Hraparak” nəşri bildirmişdi ki, baş nazir N.Paşinyan komandasının üzvləri ilə görüşdə Azərbaycanı razı salmağın qeyri-mümkünlüyünü açıqlayıb və savaş ehtimalının böyüklüyündən söz açıb, tapşırıqlar verib.

Görünür, Ermənistan tərəfi hər şeyi planlı edir. Yəni Azərbaycanın iki şərtini qəbul etmir, ardınca sülh müqaviləsinin mətni üzrə pozitiv ovqat yaradaraq, real durumun təhrifinə girişir. Elə fon yaradır ki, guya, barış sazişinin imzalanması yolunda heç bir problem qalmayıb. “Tərtibatın” məqsədi yarana biləcək gərginlikdə və hərbi toqquşmada Azərbaycanı günahlandırmaqdır.

Ardınca atəşkəs pozulur və Ermənistan MN anlaşılmaz reaksiya verərək, ölkəmizin baş hərbi idarəsini dezinformasiya yaymaqda günahlandırır. Daha sonra erməni ekspert və politoloq cameəsi “hərəkətə keçir” və rəsmi İrəvanın Azərbaycanı təcavüzkar kimi göstərmək xəttinin təbliğatını gücləndirir. Bu yaramaz xəttin tərkibində isə saxta tezislər, beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətlərdən yayındırmaq üçün istifadə olunan ənənəvi qondarma iddialar yer alır.

Sən demə, Azərbaycan rəhbərliyinə sülhün yaranmaması, müvafiq olaraq, müharibə ölkə daxildəki vəziyyəti cilovlamaq, “müxalifətə qarşı mübarizəni gücləndirmək üçün” lazım imiş.

Tutalım, ölkəmizin rəhbərliyi daxildəki vəziyyəti cilovlamaq üçün müharibəyə üstünlük verir. Bu fikirdən belə çıxdı ki, Azərbaycanda iqtidarın vəziyyəti, guya, həddən artıq çıxılmazdır, müxalifət meydan sulayır və sair. Əgər belə bir qeyri-sabit durum varsa, Azərbaycan rəhbərliyinin və cəmiyyətinin Qərbi Azərbaycan konsepsiyası necə meydana çıxır? Hay başbilənlər bir yandan haqqında söz açdığımız daxili gərginlik ritorikasına baş vurur, digər tərəfdən dinc məqsədli Qərbi Azərbaycan konsepsiyasının Ermənistanın işğalına yönələn cəhd kimi qiymətləndirirlər. Pis durumda olan ölkə başqa məqsədlərə köklənərmi? Əlbəttə ki, yox! Yəqin, təzadın fərqinə vardınız.

***

Rəsmi İrəvan həmişə sülh müqaviləsini natamam şəkildə ərsəyə gəlməsi naminə çalışıb. Hazırda saziş mətnindəki natamamlıqların aradan qalxdığı, ancaq erməni avantürasına – gəcələcəkdə işğalçılıq niyyətinə əsas verən məqamların qaldığı, sözügedən məqamların da sıradan çıxarılmasının vacibliyinin rəsmi Bakının iki şərti şəklində vurğulandığı şəraitdə Ermənistan atəşkəsi pozur və hay başbilənlər şivən qoparırlar ki, Azərbaycan rəhbərliyi sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Onların bildirdiyinə görə, guya, ölkəmiz erməni tərəfin barış mühitinə sadiq olmadığına dair informasiya fonu yaratmaq istəyir.

Diqqət yetirək, istər Prezident İlham Əliyev, istərsə də digər rəsmilərimiz iki şərtimizin qəbul olunmayacağı təqdirdə, sülh müqaviləsinin imzalanmayacağını dəfələrlə diqqətə çatdırıblar. Durumla barışmaq istəməyən isə Ermənistan və onun Cənubi Qafqazda yeni geosiyasi gündəm formalaşdırmağa çalışan havadarları, başqa sözlə desək, regionda erməni avantürizminin davamını istəyənlərdir. Paşinyan iqtidarı həm də onların maraqlarından çıxış edərək, Bakının iki şərtini qəbul etmir. Bu səbəbdən dövlətimizin başçısı Azərbaycanın sülh sazişi olmadan da keçinə biləcəyini vurğulayıb. Elə isə ölkəmizə erməni tərəfin barış mühitinə sadiq olmadığına dair informasiya fonu yaratmaq lazımdırmı? Təbii ki, yox! Ölkəmizin şərtini qəbul etməyən də Ermənistandır, sərhəddə təxribat törədib bunu ölkəmizin üstünə atmaq istəyən də. Rəsmi İrəvan cığal uşaqlartək son dərəcə məntiqsiz davranır. Əslində, məntiqsizlik avantürizmdən irəli gəlir.

***

Sonda onu da deyək ki, Azərbaycan sülh tərəfdarıdır və 44 günlük müharibədən sonra məğlub Ermənistana barış əlini uzadıb, böyüklüyünü göstərib. Halbuki, bunu etməyə də bilərdi. Amma bildirdiyimiz kimi, ölkəmiz üçün sülhün fundamentallıq kasuzu son dərəcə önəmlidir. Mövcud kazus Azərbaycanın regional lider obrazını göstərməlidir və bu, ölkəmizin haqqıdır.

Sülh müqaviləsinin olmaması o deməkdir ki, Ermənistan otuz ildən artıq müddətdəkitək, yenə dalanda qalacaq. Ölkənin havadarlarını, rəsmi İrəvan üzərinə siyasi sərmayə yatıraraq Cənubi Qafqazda qlobal oyunlar qurmaq istəyənləri də narahat edən məhz budur. Axı onlar 2018-ci ildə inqilab edib Paşinyanın hakimiyyətə “böyük məqsədlərin” icrası naminə gətiriblər və indi iddialarından geri dura bilmirlər.

Azərbaycana qarşı barışmazlıq xəttinin, xarici qüvvələrin alətinə çevrilmənin, qeyri-səmimi yanaşmanın Ermənistana və Paşinyan administrasiyasına hansı aqibəti yaşadacağına gəldikdə, bunu zaman göstərəcək. Nəzərə alaq ki, hazırda Ermənistana münasibətdə olmayan etimadımız özü mahiyyətcə böyük anlayışdır və etimadın sıfır nöqtəsindən açılan atəş, heç bir halda, hədəfə dəyə bilməz.

Əvəz CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:14
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də cinayətkarlar pitonlarla hədə qorxu gələrək YDM ni qarət ediblər

17 Mart 2025 03:02see200

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see196

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see131

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see130

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

16 Mart 2025 22:57see129

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see124

Palmer millidə forma geyinməyəcək

16 Mart 2025 21:59see124

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see123

Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ

17 Mart 2025 02:03see123

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see120

İnvestisiya etdiyiniz hər qəpiyə dəyər olan üç işlənmiş avtomobil

17 Mart 2025 00:56see120

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see119

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see119

“Hər oyun kobud səhvlər buraxırıq” Berdıyev

16 Mart 2025 21:14see118

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see118

Bu film Rusiyada ilin ən çox gəlir gətirən filmləri arasında altıncı sırada yer tutur

16 Mart 2025 22:35see118

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

“Nyukasl” “Liverpul”u məğlub etdi ÇEMPİON OLDU

16 Mart 2025 23:06see116

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see115

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri