Icma.az
close
up
RU
Ətin hansı heyvana aid olduğunu necə bilmək olar? Eyyub Hüseynov DANIŞDI

Ətin hansı heyvana aid olduğunu necə bilmək olar? Eyyub Hüseynov DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələtinə növbəti genişmiqyaslı monitorinq və qiymətləndirmə tədbirləri həyata keçirilib. 84 məntəqədən 27-də vəziyyət qənaətbəxş, 47-si qismən qənaətbəxş, 10-u isə tam qənaətbəxş müəyyən edilib. Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Bəs, vətəndaşlar ət alarkən nələrə diqqət etməlidirlər? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, AQTA-nın apardığı bu işlər zəruridir, lakin kafi deyil:

"Ona görə kafi deyil ki, AQTA neçə illərdir lazımi hədəflərə çata bilməyib və hələ də müxtəlif yerlərdə küçə kəsimini müşahidə edirik. Gərək bu vaxta qədər küçə kəsimi kökündən yığışdırılmış olaydı. Heyvanların identifikasiya məsələsi, xüsusən fərdi təsərrüfatlarda identifikasiya məsələsi həll olunmayıb. Kəsim məntəqələrinin bu qədər qaydalara uyğun olmaması, əlbəttə, AQTA-nın bu işdə çox inersiya ilə hərəkət etdiyini göstərir. Gərək bu məsələlər də çoxdan həll olunmuş olaydı. Ət məsələsində, əlbəttə, problemlər yaşanır.

Çox yaxşı hallardan biri budur ki, bəzən marketlər şəbəkəsi özləri qanuni kəsim yerlərinə heyvanı gətirir və o qanuni kəsim yerlərində baytar yoxlamasından keçirib birdəfəlik öz şəbəkələrinə götürür. Məsələn, “Araz” marketlər şəbəkəsinin bu işini təqdir etmək olar. Bu, çox yaxşı bir cəhətdir. Yəni burada bazarın üçüncü subyekti, alverçi subyekti ortadan çıxır. Fərdi təsərrüfat sahibləri əziyyətə düşmür. Çünki marketlər şəbəkəsi yerində götürür malı. Bu, yaxşı bir cəhətdir və qanuni kəsim yerlərində kəsdirib gətirirlər. Düşünürəm ki, digər marketlər şəbəkəsi də bu təşəbbüsə qoşulsa, ətlərin qiyməti xeyli aşağı düşə bilər. Çünki izafi xərclər market şəbəkələri üzərində qalır. Bu, yaxşı bir addımdır".

Müsahibimizin sözlərinə görə, ət o zaman təhlükəli olur, insanı zəhərləyir ki, o artıq iylənmiş olur, ona yaxın durmaq olmur:

"Ət çox tez insanı zəhərləyən bir qida məhsulu deyil. Lakin müxtəlif heyvan ətlərinin, yəni ənənəvi olmayan heyvan ətlərinin, murdar olmuş heyvan ətlərinin, o cümlədən at, eşşək ətlərinin şəhərə daşınması məsələsi 30 ilə yaxındır ki, davam edir. Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi yanında Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi görüb. Çünki onlar başqa qurumlar kimi cərimə edib buraxmırlar, cinayət işi qaldırırlar, həbsləri, ekspertiza həyata keçirirlər və s. Lakin Azad İstehlakçılar Birliyini təəccübləndirən odur ki, qısa bir müddətdə Azərbaycan məhkəmələri həmin insanları azad edirlər. Ona görə mən həmin məhkəmələri daim təqib edəcəyəm. O insanlar ağır cəza almalıdırlar.

Çox təəssüflər olsun, adını çəkdiyim dövlət qurumu son illər bu işdə zəiflik göstərir, yəni ardıcıl iş aparmır. Lakin bu fakt da ölkədə mövcuddur. Çox təəssüflər olsun ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Lakin qanunvericilik tələb edir ki, ətin adını yazasan: pişik əti, it əti və s. Nazirlər Kabinetinin qərarı olmalıdır ki, ənənəvi olmayan heyvan ətlərinin satışına qadağa olsun. Çox təəssüf ki, belə bir qadağa da yoxdur və bazardakı bu vəziyyətdən, bu qanun boşluğundan istifadə edən bir neçə sahibkar hər cür əti insanlara hətta qarışdırıb verə bilərlər".

E.Hüseynov vurğuladı ki, əlbəttə, istehlakçılar ət alan zaman onun sənədlərini tələb etməlidirlər:

"Lakin AQTA elə bir iş aparmır ki, biləsən ki, orada satılan ət bu sənədə də aiddir. Sənəd ola bilər ortalıqda olsun, ancaq ət ayrı bir şeyin əti olsun. Ona görə də AQTA-nın qarşıya qoyduğu məsələlərdən biri ət mallarının bükülməsi məsələsidir.

Ət etiketlənmiş olmalıdır: hansı təsərrüfatda kəsilib, buraxılma tarixi və son yararlılıq müddəti nə vaxtdır və s. Lakin biz görürük ki, marketlərdə ətlər bu cür satılmır. Bu, AQTA-nın çatışmayan cəhətləridir ki, bu hədəflərə nail ola bilməyib. İstehlakçı, əlbəttə, o cür etiketlənmiş ət alsa, arxayın ola bilər. Lakin istehlakçı ət alan zaman diqqətli olmalıdır. Yəni at əti öz spesifik qara rənginə, bəlli iliyinə, qabırğaların enliyinə görə mal ətindən fərqlənir. Camış ətinin piyi ağ olur, qabırğaları enli olur və s. Bu kimi amillərə baxmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri