Ətin qiyməti bahalaşır, xaricdən isə kilosu 3 manata gətirilir
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda dana əti bahalaşır. Məlumatlara görə, son günlər istər Bakıda, istərsə də ölkənin bir çox rayonlarının satış məntəqələrində dana ətinin kiloqramı 17 manata yüksəlib.
Ötən ay dana ətinin kiloqramının qiyməti 14 manatdan 16 manata qədər artmışdı.
Məlumata görə, dana ətinin topdansatış məntəqələrində qiyməti artıb. Ayrı-ayrı müstəqil iqtisadçıların fikrincə isə, ölkədə qırmızı ət bahalaşmaqda davam edəcək. Onların sözlərinə görə, hazırda örüş yerləri az, yem məhsulları isə bahadır.
Azərbaycanda ət idxal olunan ərzaq məhsullarında əsas yerlərdən birini tutur. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 7 ayda ölkəyə 55.1 milyon dollar həcmində 25 min 180 ton ət idxal edilib.
Bu ilin ilk 7 ayının nəticələrinə görə, Azərbaycanın idxal etdiyi ətin kiloqramının orta idxal qiyməti 3 manat 72 qəpik təşkil edib. Bəzi müstəqil ekspertlər ölkəyə idxal edilən ətin keyfiyyətinə də şübhə ilə yanaşırlar.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















