Akif Nəsirli: “İstehsal azaldıqca ətin qiyməti bahalaşır” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin mühüm istiqamətlərindən biri də daxili bazarda ət və ət məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Amma yerli ətin qıtlığı qiymət artımına səbəb olub.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ətin bahalaşmasına səbəb ölkədə ətin az istehsal olunmasıdır:
“Bunun özəl səbəbləri var. İstehsal azaldıqca yerli ətin qiyməti bahalaşır. Amma xaricdən gətirilən ətə bazarda daha çox rast gəlinir. Xaricdən idxal edilən ət yerli əti kompensasiya edə bilmir. Məsələ burasındadır ki, yerli ətə tələbat daha çoxdur. Birincisi xaricdən diri heyvanlar az gətirilir. Gürcüstandan, Rusiyadan və Qazaxıstandan gətirilən diri heyvanların sayı elə də çox deyil. Onların ətinin keyfiyyəti yerli ətin keyfiyyətindən geri qalır. Ona görə də, əhali yerli ətə üstünlük verir. Yerli ət azaldıqca tələb çoxalır, təklif isə azalır. Qiymət artımına səbəb olan amil də məhz budur”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 28 Yanvar 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















