Icma.az
close
up
RU
“ETN in fəaliyyəti ATƏT in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır” DOSENT

“ETN in fəaliyyəti ATƏT in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır” DOSENT

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Təhsil olmasa, innovasiya olmaz” – bu fikir E. Əmrullayevə məxsusdur.

Əslində, təhsil olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Təhsili zəif olan ölkə həm elm, həm texnologiya, həm də innovasiya sahəsində geri qalır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) ölkədə elm, təhsil və innovasiyaların inkişafına cavabdeh dövlət qurumu kimi son 25 ildə bu sahələrin tənəzzülünü sürətləndirib. Bunun ən açıq göstəricilərindən biri 2025-ci ildə məktəblilərin beynəlxalq riyaziyyat olimpiadasında və Bakıda keçirilən proqramlaşdırma üzrə tələbələrin 49-cu olimpiadasında uğursuz nəticələridir.

Ölkədəki 50 universitet arasında hələ də “Tədqiqat Universiteti” yoxdur. Eyni zamanda, Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə son yerlərdə qərarlaşıb.

Xüsusilə “biliklərin yayılması” (Knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (Knowledge absorption) göstəriciləri ölkəmiz üçün narahatedicidir:

Biliklərin yayılması ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünya bazarına ixrac etmə qabiliyyətini ölçür. Buraya intellektual mülkiyyətdən gəlir, yüksək texnologiyalı məhsulların ixracı və İKT xidmətlərinin ixracı daxildir. Azərbaycan 2024-cü ildə 119-cu, 2025-ci ildə isə 129-cu yerdədir (139 ölkə arasında). Yüksək texnologiyalı ixracdan gəlir demək olar ki, sıfır səviyyədədir. Biliklərin mənimsənilməsi ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları mənimsəmə qabiliyyətini göstərir. Buraya yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI) və bizneslərdə tədqiqatçıların payı daxildir. Bu göstərici üzrə Azərbaycan 2024-cü ildə 130-cu, 2025-ci ildə isə 134-cü yerdə qərarlaşıb. Xarici sərmayə axını mənfidir (-2.8%), yəni ölkəyə innovasiya sahəsində kapital gəlmir, əksinə çıxır.

Narahatedici məqam odur ki, ETN hələ də bu sahədə konkret strategiya və konseptual baxışa malik deyil.  ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır.

İlham Əhmədov

Dosent

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri