Icma.az
close
up
RU
Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub FOTO

Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub FOTO

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 4-də "Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standarta dair brifinq keçirilib.

Milli.Az-ın xəbərinə görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZ STANDART) Baş direktoru İlham Bayramov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ESG üzrə milli standartın məzmunu və biznes üçün faydası barədə media nümayəndələrinə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub.

"AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.

Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcəkdir. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verir. İnvestorlar sərmayə ilə bağlı qərarlar verən zaman ESG prinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu baxımdan, yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlara hansı addımlar atmalı olduğunu göstərəcək.

Brifinqdə həmçinin, ESG prinsiplərinin Azərbaycanda tətbiqi istiqamətində görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə ESG-nin daha geniş təşviqi, bu sahədə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun tərkibində ESG üzrə altqrupu yaradılıb.

Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə yol xəritələri təsdiq edilib.

Bu yol xəritələri çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib.

Vurğulanıb ki, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və COP29 kimi nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində yeni qəbul olunmuş dövlət standartı ölkəmizdə ESG prinsiplərinin tətbiqinin genişləndirilməsinə mühüm təkan verəcəkdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri