Icma.az
close
up
RU
ETX: Kiberdələduzlar Azərpoçt adı ilə vətəndaşları aldatmağa çalışırlar

ETX: Kiberdələduzlar Azərpoçt adı ilə vətəndaşları aldatmağa çalışırlar

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) müşahidələrinə əsasən, son günlər kiberdələduzlar "Azərpoçt" MMC-nin adı və loqosundan sui-istifadə edərək vətəndaşlara qarşı məqsədli fırıldaqçılıq kampaniyası həyata keçirirlər.

Bu barədə "APA-Economics"ə ETX-dan bildirilib. Qeyd edilib ki, fırıldaqçılar SMS, zəng və ya saxta e-poçtlar vasitəsilə vətəndaşlara müəyyən məbləğdə vəsaitin ödənilməsi barədə yalan məlumatlar təqdim edirlər. Bu məqsədlə onları şübhəli və saxta keçidlərə yönləndirirlər. Sözügedən keçidlərdə sifarişin guya "ödəmə gözlənilir", "nağd pul gəlir", "nağd pul qorunur" və "çatdırılma təsdiqlənir" kimi uydurma statusları göstərilir. Daha sonra istifadəçiyə "Ödənişi almaq" düyməsi təqdim olunur. Düyməyə klik edildikdə istifadəçidən kart nömrəsi, kartın son istifadə tarixi, CVV/CVC kodu, eyni zamanda mobil nömrə tələb edilir. Məlumatlar daxil edildikdən sonra ya vətəndaşın bank hesabından birbaşa vəsait çıxılır, ya da bank mobil tətbiqinə giriş əldə edilərək hesab tam nəzarətə götürülür.

Məlumat üçün bildiririk ki, bu tip mesajlar adətən xarici nömrələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib edilmir, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin “URL”nin doğruluğunu da mütləq yoxlamalıdırlar.

Elektron Təhlükəsizlik Xidməti və “Azərpoçt” MMC vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - “Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri