Icma.az
close
up
RU
Euractiv: Avropalı NATO üzvləri ABŞ qoşunlarının çıxarılmasına hazırlaşır

Euractiv: Avropalı NATO üzvləri ABŞ qoşunlarının çıxarılmasına hazırlaşır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropadakı NATO üzvü ölkələr ABŞ Prezidenti Donald Trampın qərarlarına uyğun olaraq Amerikanın hərbi qüvvələrinin Avropadan hissə-hissə çıxarılacağını gözləyir. Bu barədə “Euractiv” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Hazırda Avropada təxminən 80 min ABŞ əsgəri yerləşir. NATO-ya üzv Avropa ölkələri hesab edir ki, Vaşinqton qarşıdakı dövrdə prioritetlərini dəyişərək hərbi resurslarını Asiya və Yaxın Şərq istiqamətində yönləndirəcək.

Avropalı diplomatlardan biri “Euractiv”ə bildirib: “Söhbət artıq bu prosesin baş verib-verməyəcəyindən deyil, nə dərəcədə planlı şəkildə həyata keçirilə biləcəyindən gedir – elə ki, Alyansın mövcud müdafiə planları təhlükəyə düşməsin”.

“Euractiv”in danışdığı ekspertlərin fikrincə, Avropa ölkələri yaxın illərdə ABŞ hərbi qüvvələrinin yaratdığı strateji boşluğu kompensasiya etmək iqtidarında deyil. Bu, ilk növbədə NATO-nun Almaniya və İtaliyada yerləşən əsas bazalarının fəaliyyətinə təsir göstərəcək.

Həmçinin vurğulanır ki, Avropa ABŞ-ın qabaqcıl hava qüvvələrinə, yüksək səviyyəli logistik imkanlarına və peyk kəşfiyyatı sistemlərinə ciddi şəkildə bağlıdır. Bu resurslar olmadan qitənin müdafiə imkanlarının zəifləyəcəyi istisna olunmur.

Bəzi NATO üzvləri artıq Alyans rəhbərliyini müdafiə planlarının yenidən nəzərdən keçirilməsi ilə bağlı müzakirələrə çağırır. Bu çağırışlar NATO-nun strateji sabitliyi qorumaq üçün “B planı”nın hazırlanmasının zəruriliyini gündəmə gətirir.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi bəyan edib ki, rəsmi Vaşinqton 2025-ci ilin sonuna qədər Avropadakı qüvvələrinin sayının azaldılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.

Aprel ayında ABŞ Prezidenti Donald Trampın o zamankı müşaviri, general Mayk Uolts bildirib ki, Amerika artıq Avropa ölkələrinin müdafiə qabiliyyətini eyni intensivliklə dəstəkləyə bilməz. “Biz Avropanın müdafiəsinin bütün yükünü daşımaq imkanında deyilik. İndi Avropanın da məsuliyyət götürməsi zamanıdır,” – deyə Uolts bildirmişdi.

Bu bəyanat Tramp administrasiyasının “Öncə Amerika” siyasətinə qayıtdığını və qlobal yükün bölüşdürülməsi prinsipini bərpa etmək niyyətində olduğunu göstərir. Bu proses NATO üçün yalnız texniki hərbi dəyişiklik deyil, həm də siyasi və strateji transformasiya deməkdir. ABŞ-ın iştirakı olmadan Avropa hərbi cəhətdən vahid blok olaraq qalmayacaq.

Hazırkı vəziyyət Avropa İttifaqının “strateji muxtariyyət” konsepsiyasını yenidən gündəmə gətirir. Hərbi texnologiya, sənaye istehsalı və peyk rabitə sahələrində ABŞ-dan asılılıq azaldılmadığı təqdirdə, NATO-nun gələcəyi təhlükə altına düşə bilər.

Eyni zamanda, ABŞ-ın diqqətini Çin və İranla bağlı regional çağırışlara yönəltməsi Avropanın geosiyasi önəmini azalda bilər. Bu isə təkcə hərbi sahədə deyil, diplomatik mövqe baxımından da Avropa üçün zəiflik doğura bilər.

ABŞ qoşunlarının Avropadan çıxarılması yalnız texniki rotasiya deyil, transatlantik münasibətlərin yeni mərhələyə keçdiyini göstərən ciddi siqnaldır. NATO daxilində məsuliyyətin paylaşılması, Avropanın öz müdafiə yükünü daşımaq hazırlığı və ABŞ-Avropa münasibətlərinin real geosiyasi maraqlara əsaslanması bu prosesin əsas parametrləri olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri