Euronews : Hərbi parad Cənubi Qafqaz tarixində yeni bir fəsil açır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
"Euronews" telekanalı 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi parad haqqında reportaj hazırlayıb.
Modern.az xəbər verir ki, reportajda bu qələbə ilə Bakının onilliklərlə davam edən qanlı münaqişəyə son qoyduğu və yeni sülh fəslini açdığı vurğulanır.
Videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda verdiyi açıqlamalar diqqətə çatdırılır.
Qələbənin strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olduğu və Qarabağın bərpasına yol açdığı qeyd olunur.
Reportajın müəllifləri, həmçinin Prezident İlham Əliyevin 6 noyabrda Bakıda NATO nümayəndə heyəti ilə görüşünü də qeyd edirlər. "Euronews" bildirir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı enerji təhlükəsizliyi və regional əlaqələri, eləcə də sülhməramlı əməliyyatlarda əvvəlki iştirakını əhatə edir.
Telekanal xatırladır ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli münasibətlərin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.
Videomaterialda, həmçinin TRIPP layihəsi (Zəngəzur dəhlizi) barədə də danışılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















