Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Ev alanda borclu çıxmamaq üçün: Bunları diqqətlə yoxlayın

Ev alanda borclu çıxmamaq üçün: Bunları diqqətlə yoxlayın

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son vaxtlar mənzil alqı-satqısı zamanı gözlənilməz problemlərlə üzləşənlərin sayı artır. 

Bəzi hallarda vətəndaş evi aldıqdan sonra məlum olur ki, mənzilin əvvəlki sahibindən qalan kommunal və ya bələdiyyə borcları var. Digər hallarda isə əmlakın bank qarşısında girov olduğu, üzərində həbs və ya başqa məhdudiyyətlərin mövcudluğu üzə çıxır. 

Bu da ev alarkən yalnız çıxarışın yox, digər vacib sənədlərin də yoxlanılmasının əhəmiyyətini bir daha gündəmə gətirir. Belə problemlərlə üzləşməmək üçün mənzil alarkən satıcıdan hansı sənədlər tələb edilməlidir? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, vətəndaşlar əmlak alarkən bir sıra məqamlara diqqət yetirməlidirlər: 

"Mənzil alqı-satqısı zamanı notarius ilk növbədə Forma 1 – yüklülük haqqında arayış tələb edir. 

Bu sənəd məcburidir. Əgər əmlakın üzərində girov və ya başqa yüklülük yoxdursa, satışa icazə verilir. Girov olduğu halda isə alqı-satqı mümkün olmur. İkinci vacib sənəd Forma 2 – yaşayış yerindən arayışdır. 

Bu arayışda mənzildə qeydiyyatda olan şəxslərin sayı və kimliyi göstərilir. Mənzildə qeydiyyatda olan şəxslərin razılığı qanunvericiliyin tələblərinə uyğun qaydada alınmalıdır. 

Alqı-satqı üçün əsas sənəd çıxarışdır. Texniki pasportun təqdim edilməsi əsas şərt olmasa da, əgər varsa, texniki göstəriciləri əks etdirdiyi üçün təqdim edilməsi məqsədəuyğundur. Tərəflər satış qiyməti barədə razılığa gəldikdən sonra həmin məbləğ müqavilədə qeyd olunur.

Daha sonra alıcı notariusun təqdim etdiyi arayış əsasında göstərilən bank hesabına müqavilədə razılaşdırılmış məbləği ödəyir. Bankdan aldığı təsdiqedici sənədi notariusa təqdim etdikdən sonra alqı-satqı prosesi davam etdirilir. 

Son mərhələdə, əgər vətəndaş mənzildə 3 ildən artıq qeydiyyatda yaşayıbsa və mənzil onun mülkiyyətindədirsə, satış zamanı ondan vergi tutulmur. Əgər qeydiyyat müddəti 3 ildən azdırsa, vergi mənzilin yerləşdiyi ərazi üzrə müəyyən edilmiş əmsallar əsasında hesablanır. 

Sahəsi 30 kvadratmetrə qədər olan mənzillər vergidən azaddır. Mənzil 30 kvadratmetrdən böyükdürsə, ilk 30 kvadratmetrə görə vergi tutulmur, yalnız qalan sahəyə görə vergi hesablanır”. 

Onun sözlərinə görə, alqı-satqı başa çatana qədər həm alıcının ödədiyi vəsait, həm də satıcının çıxarışı notariusun nəzarətində qalır: 

“Müqavilə imzalandıqdan sonra notarius xüsusi çek təqdim edir və satıcı həmin çek əsasında vəsaitini bankdan götürür. Son vaxtlar onlayn ödənişlər geniş yayıldığı üçün bəzi vətəndaşlar kommunal borclara kifayət qədər diqqət yetirmirlər. 

Halbuki mənzili alarkən qaz, su, işıq, MTK xidməti və digər ödənişlər üzrə borcun olub-olmadığını yoxlamaq vacibdir. Bunu ödəniş terminalları və ya bank tətbiqlərində mənzilin kodunu daxil etməklə asanlıqla öyrənmək mümkündür. 

Nəzərə almaq lazımdır ki, bəzi hallarda mənzil alqı-satqıdan təxminən bir ay sonra təhvil verilir. Bu müddətdə kommunal xidmətlərdən istifadə olunursa, həmin ödənişlərin kim tərəfindən qarşılanacağı əvvəlcədən razılaşdırılmalıdır”. 

Ekspertin sözlərinə görə, əvvəllər belə bir praktika var idi ki, alıcı satış məbləğinin təxminən 500 manatını özündə saxlayırdı: 

“Mənzil təhvil verildikdən və borcun olmadığı müəyyənləşdikdən sonra həmin məbləğ satıcıya verilirdi. Hesab edirəm ki, tərəflərin razılığı ilə bu üsuldan indi də istifadə oluna bilər. 

Hətta bu məsələni müqavilədə də əks etdirmək mümkündür. Satıcı notariat qaydasında mənzili alıcıya təhvil verərkən heç bir vergi, MTK və ya kommunal borcunun olmadığı barədə öhdəlik də götürə bilər. Güman etmirəm ki, bankda və ya başqa yerdə girovda olan mənzili qanuni yolla ikinci şəxsə satmaq mümkün olsun. 

Çünki Forma 1 arayışında əmlakın yüklü olduğu göstərilirsə, notarius alqı-satqını rəsmiləşdirmir. Əgər belə hal baş verirsə, bu, saxtakarlıq əlaməti ola bilər. Vətəndaşlara tövsiyəm odur ki, alqı-satqının bütün mərhələlərində şəxsən iştirak etsinlər, sənədləri diqqətlə yoxlasınlar və prosesi öz gözləri ilə izləsinlər. Çünki sonradan yaranan problemlərin bir qismi məhz diqqətsizlikdən qaynaqlanır". 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: ev almaq Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri