Ev almaq istəyənlərin NƏZƏRİNƏ! bu ərazilərdə qiymətlər bahalaşacaq
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
- +
Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.
Tribunainfo.az Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. “Bakı Metropoliteni”nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.
Gələcək layihələrin icrasında “Dərnəgül” stansiyasından sonra 3 stansiyanın “Koroğlu”ya birləşdirilməsi, “Xətai” stansiyasından sonra “Həzi Aslanov”a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. “İçərişəhər” stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.
Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar “Koroğlu”dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və “Həzi Aslanov-2” stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.
Baxış sayı:127
Bu xəbər 12 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















