Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Ev bazarında nə baş verir? “Kupça” yox, tikinti azalır

Ev bazarında nə baş verir? “Kupça” yox, tikinti azalır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda daşınmaz əmlak sahiblərinin hüquqlarının rəsmiləşdirilməsi prosesi son dövrlərdə əhəmiyyətli dərəcədə yavaşlayıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 328 061 mülkiyyət hüququ qeydiyyata alınıb və çıxarışlarla təmin edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır.

Qeydiyyata alınan hüquqların 19,5 %-i ilkin, 80,5 %-i isə təkrar qeydiyyat təşkil edir. İllik müqayisədə ilkin qeydiyyatlar 8,6 % artsa da, təkrar qeydiyyatlar 5,6 % azalıb. Statistik göstəricilər göstərir ki, fərdi yaşayış və bağ evləri üzrə 64 366, mənzillər üzrə 85 424, torpaq sahələri üzrə 166 494, qeyri-yaşayış binaları üzrə 2 832, qeyri-yaşayış sahələri üzrə 8 172, əmlak kompleksi üzrə 667, çoxmərtəbəli yaşayış binası üzrə 103, çoxillik əkmələr üzrə isə 3 mülkiyyət hüququ qeydiyyata alınıb. Bu dövrdə qeydiyyata alınan hüquqların 91 917-si Bakı şəhərində, qalan hissəsi isə bölgələrdədir.

Eyni zamanda, texniki pasportların sayı 7,8 % azalaraq 235 713, ipoteka müqavilələrinin sayı isə 15,8 % azalarq 56 948 olub. Ölkədə təxminən 500 min “kupca”sız ev var. Normal halda bu evlərin sahiblərinə mülkiyyət hüququnu təsdiqləyən çıxarışlar verilməli, əmlaklar qanuni sənədlərlə təmin olunmalıdır. Lakin real vəziyyət əksini göstərir. Statistik göstəricilərə görə, ilbəil kupca verilənlərin sayı artmaqdansa, azalır. Əsas problemlərdən biri də yeni inşa olunan binaların sənədləşdirilməsində gecikmələrdir, bu da sənədsiz evlərin sayına böyük təsir edir. Yeni tikililərə sənəd verilməməsi problemi gün keçdikcə daha geniş miqyas alır və bu sahədəki çətinliklərin həlli daha da mürəkkəbləşir. 

Problemə daha çox diqqət ayırmaqdansa, niyə arxa plana atılır? Yeni inşa olunmuş binalara, uzun illər yaşayış mövcud olan, kommunal xidmətlərlə təmin edilən evlərə sənəd verilməməsi hansı səbəblələ bağlıdır? 

Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, mülkiyyət hüququnun qeydiyyata alınmasında 3,1% azalma böyük göstərici hesab edilmir:

“Normalda daşınmaz əmlak bazarında 5-10% dəyişiklik bazara ciddi təsir etmir. Bu prosesə bir çox amillər təsir göstərir. Əksinə, 2020-2023-cü illərdəki göstəricilər normadan artıq olmuşdu. Səbəb odur ki, əvvəlki illərdə ölkədə yığılmış əmlak məsələləri, xüsusilə bəzi binaların istismara qəbulu ilə bağlı problemlər mövcud idi. Bu problemlər səbəbindən daşınmaz əmlakların qeydiyyata alınması çətin idi. Məsələn, 2019-cu ildə ölkə başçısının fərmanı ilə çoxmənzilli yeni tikilmiş binaların istismara qəbul prosesi sadələşdirildi.

Nəticədə həmin vaxt ölkə ərazisində təxminən 1000-dən çox bina sadələşdirilmiş qaydada istismara qəbul aktı aldı. Bu binalar 2000-ci illərin əvvəllərindən inşa olunmuşdu və çoxu istismara qəbul aktını ala bilmirdi. Tikinti şirkətləri də buna maraqlı deyildilər. Prezidentin fərmanı nəticəsində əvvəlki illərdən qalan böyük həcmdə yaşayış kompleksləri qısa müddətdə istismara qəbul edildi və həmin binalarda yaşayan vətəndaşlar çıxarışlar əldə etdilər. Buna görə də 2022-ci ilə qədər ölkədə normaldan çox bina istismara qəbul olunmuşdu”. 

Ekspert deyib ki, mənzillərin qeydiyyata alınması prosesi olduqca çətindir:

“2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə pilot layihə başladı. Layihənin məqsədi istismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sökülərək yerində yeni binaların tikilməsini təmin etmək idi. Həmin binaların tikintisinə yerli icra hakimiyyətinin sərəncamı ilə tikinti şirkətləri cəlb olunurdu. Bu fərman 2018-ci ildə ləğv edildi, lakin bir çox binalarda tikinti prosesi davam edirdi. 2012-2022-ci illər ərzində binaların inşası davam etdi və binalar tamamlandıqdan sonra bir neçə il ərzində istismara qəbul aktı alındı və vətəndaşlar çıxarışla təmin edildi.

Lakin nəzərə alsaq ki, 2016-2018-ci illərdə Bakıda orta hesabla 100 yaşayış kompleksi tikilməyə başlayırdısa, 2000-ci ildən sonra bu rəqəm bəlkə də 10 dəfə artdı. Son 7 il ərzində isə əvvəlki illərlə müqayisədə tikintiyə icazə verilən yeni binaların sayı azaldı. Nəticədə, son illərdə yeni binaların sayı daha da azalıb və gələcəkdə bazara çıxarılan binaların sayı da azalacaq”. 

Gülər Həsənli

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri