Icma.az
close
up
RU
Ev ev gəzilən kampaniyalar dövrü: parlament seçkilərindən nostalji KADRLAR

Ev ev gəzilən kampaniyalar dövrü: parlament seçkilərindən nostalji KADRLAR

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bir vaxtlar parlament seçkiləri təkcə səsvermə günü ilə məhdudlaşmır, həftələrlə şəhərin müxtəlif nöqtələrində hiss olunan ictimai ab-havaya çevrilirdi. Küçələrdə və məhəllələrdə təşviqat materialları gözə dəyir, seçki ilə bağlı müzakirələr gündəlik söhbətlərin əsas mövzularından biri olurdu. Namizədlərin seçicilərlə “üzbəüz” görüşləri, məntəqələrin ətrafındakı canlanma, ümumi maraq və gözlənti hissi seçki prosesini cəmiyyətin canlı parçasına çevirirdi. Bu mənzərə xüsusilə 2000-ci illərin əvvəlində daha qabarıq idi. Deputatlığa namizədlərlə vətəndaşlar arasında birbaşa ünsiyyətin mövcudluğu, təbliğat-təşviqatın intensivliyi seçicilərin parlament seçkilərində fəal iştirakına real zəmin yaradırdı.

Zaman keçdikcə seçki mühitindəki bu canlılıq tədricən zəifləsə də, seçici fəallığının illər üzrə statistikası həmin dəyişimin aydın göstəricisinə çevrilib. Belə ki, II çağırış Milli Məclis seçkilərinin keçirildiyi 2000-ci ildə seçici aktivliyi 68,64 faiz təşkil edirdisə, 2005-ci ildə bu göstərici 42,20 faizə enib. Sonrakı illərdə müəyyən dalğalanmalar müşahidə olunub: 2010-cu ildə 59,56 faiz, 2015-ci ildə 55,70 faiz, 2020-ci ildə 46,84 faiz. 1 sentyabr 2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində isə seçici fəallığı 37,27 faiz olub.

Rəqəmlər göstərir ki, bir vaxtlar şəhərin “havasına” çevrilən seçki prosesi illər keçdikcə daha çox rəsmi çərçivəyə çəkilib və bu da ictimai iştirak səviyyəsində öz əksini tapıb.

Ötən illərdə deputatlıq uğrunda mübarizə aparan namizədlərin istifadə etdikləri üsullar da bir-birindən xeyli fərqlənirdi. Kimisi küçə-küçə, ev-ev gəzərək seçicilərlə birbaşa ünsiyyət qurmağa çalışır, kimisi tribunadan səslənən iri və iddialı vədlərlə diqqət çəkməyə can atırdı. Bəziləri siyasi mənsubiyyətini ön plana çəkərək partiya nüfuzuna söykənir, bəziləri isə təşviqat dövrü üçün xüsusi hazırlanan plakatlar, bukletlər və üzərində yer alan cəlbedici şüarlar vasitəsilə seçicinin yaddaşında qalmağa çalışırdı. Bütün bu müxtəlif üsullar bir tərəfdən seçki mübarizəsinin rəngarəngliyini formalaşdırır, digər tərəfdən isə hər namizədin seçiciyə hansı dildə və hansı mesajla müraciət etdiyini açıq şəkildə ortaya qoyurdu.

Modern.az ötən illərdə keçirilmiş parlament seçkilərinə aid, həmin dövrün seçki ab-havasını yenidən hiss etdirən tarixi fotoları araşdıraraq maraqlı kadrları bir araya gətirib.

Araşdırmamız göstərir ki, həmin dövrdə istifadə olunan şüarlar sadə, birbaşa və seçici ilə emosional yaxınlıq yaratmağa hesablanmışdı. Bugünkü baxışla yanaşdıqda isə bu şüarların bəziləri istər-istəməz yüngül yumoristik təsir bağışlayır,  amma bu daha çox dövrün səmimiyyətindən və namizədlərin seçiciyə “özündən biri” kimi görünmək istəyindən qaynaqlanır.

Məsələn, 17 saylı Yasamal üçüncü seçki dairəsindən namizədliyini irəli sürən Elşad Həsənov gənclərə yönəlik mesaj verərək seçkiyə “Gənclərə etimad, gələcəyə təminat” şüarı ilə qatılmışdı. Eyni dairədən namizəd olan Emil Nəsirli isə seçicinin gözünə sığmaq üçün adının baş hərflərinə mümkün olan ən yaxşı mənəvi keyfiyyətləri yerləşdirərək “Etibarlı, Müstəqil, İmanlı, Layiqli” ifadəsi ilə mübarizəyə qoşulmuşdu. Həmin seçki dairəsindən qalib gələn deputat isə seçki kampaniyasında adını gələcəyə bağlayan “Ülvi gələcəklə Ülvi gələcək” şüarı ilə yadda qalan, hazırda da bu postda olan Ülvi Quliyev olmuşdu. 

Başqa bir seçki dairəsindən namizədliyini irəli sürən Ənvər Məmmədyarov uzun izahata ehtiyac duymadan, birbaşa mövqeyini ortaya qoyaraq seçiciyə “Mənə səs verin!” deyə müraciət etmişdi. Eldar İsmayılov isə təşviqatda seçicinin dilindən danışmağı üstün tutaraq “Biz sənə inanırıq!” şüarını seçmişdi.

90-cı illərin tanınmış siyasi simalarından Lalə Şövkət seçicinin iradəsini vurğulayan “Səni seçəni seç!” çağırışı ilə kampaniyada yer almışdı. Balakişi Qasımov seçiciyə minnətdarlıq notu ilə “Qədrinizi bilirəm” deyir, Əli Quliyev isə özünü ailə və məhəllə miqyasında təqdim edərək “Oğlunuz, qardaşınız, dostunuz, el oğlunuz, yurddaşınız” ifadəsi ilə yadda qalmağa çalışırdı.

Bundan əlavə, “Sənin namizədin, sənin qonşun”, “Sizdən biri – Sizinlə bir” kimi şüarlar da həmin illərin seçki kampaniyalarına xas sadəlik və yaxınlıq dilini tamamlayaraq, dövrün siyasi atmosferini izləyən oxucular üçün tanış mənzərə yaradırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri