Icma.az
close
up
RU
Ev sahibləri vergini kirayənişin dən alacaq?

Ev sahibləri vergini kirayənişin dən alacaq?

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər vergiyə cəlb olunacaq. Bu müddəa “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, mehmanxanalar və mehmanxana tipli obyektlər istisna olmaqla, kirayədən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz vergi tutulacaq. Bəs bu dəyişiklik kirayə bazarına necə təsir göstərəcək? Qiymətlərdə artım gözlənilirmi?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Valyuta.az-a bildirdi ki, mövcud qanunvericiliyə əsasən, hər hansı bir əmlak kirayə verilirsə, mütləq şəkildə həmin əmlakın kirayə müqaviləsi notarial qaydada bağlanılmalıdır:

“Notarial qaydada bağlanılan kirayə müqaviləsində tələblərin - kirayə verən və kirayə götürənin bütün öhdəlikləri qeyd olunur, tələblərdən biri hər hansı bir öhdəliyi pozarsa, pozulan öhdəliklə bağlı məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, hər hansı bir kirayə müqaviləsi notarial qaydada bağlandıqda, müqavilə müddəti bitməyənə qədər tərəf öhdəlik götürübsə, həmin mənzilin kirayə qiymətini artıra və ya kirayəçini vaxtından əvvəl mənzildən çıxara bilməz, yalnız fors-major hadisələr istisnadır.

E.Fərzəliyev bildirir ki, mənzillər kirayə verilərkən, onların müqaviləsi notarial qaydada bağlanıldığı kimi, həmin mənzillərdən əldə olunan gəlirlər də vergiyə cəlb olunur:

"“Yəni, kirayə verən şəxs əmlakı kirayə verirsə, əldə etdiyi gəlirdən dövlətə vergi ödəməlidir. Əksər hallarda mənzil sahibləri vergi ödəməmək üçün kirayə müqavilələrini notarial qaydada deyil, öz aralarında razılaşdırılmış formada hazırlayırlar və yaxud hər hansı bir ofisdə bağlayırlar. Mənzillərin kirayə müqaviləsi notarial qaydada bağlanıldıqda avtomatik kirayə verən şəxs vergiyə cəlb olunur ki, vergiyə cəlb olunmada da əksər hallarda mənzil, əmlak sahibləri dövlətə ödədikləri vergini kirayəçidən tələb edirlər və yaxud həmin vergini kirayə qiymətinin üzərinə gələrək kirayənin artmasına gətirib çıxarırlar”."

Ekspert deyir ki, bu yanlış addımdır: "Əgər vətəndaş əldə etdiyi gəlirdən dövlətə vergi verməlidirsə, dövlətə ödəyəcəyi vergini kirayə götürən şəxsdən alması bu, birmənalı şəkildə qiymət artımına gətirib çıxarır. O baxımdan kirayə verilən əmlakların böyük bir hissəsi rəsmi qaydada verilmir. Və yaxud hər hansı bir rəsmi qaydada müqavilə bağlanılırsa, xüsusən qeyri-yaşayış obyektlərində rəsmi qaydada bağlanmış müqavilələrdə vergi öhdəliyinin az olması üçün müqavilədə qeyd olunan aylıq kirayə qiyməti ilə real kirayə qiyməti arasında dəfələrlə fərq olur. Yəni, əgər əmlakın kirayə qiyməti bazar qiymətinə uyğundursa, əksər hallarda bu müqavilə notarial qaydada bağlandıqda onu daha minimal qeyd edirlər ki, dövlətə ödənən verginin məbləği aşağı düşsün. Əgər kirayə müqavilələri ilə bağlı tələb qoyularsa, təbii ki, həmin tələb bütün mənzillərə şamil olunarsa, bu əksər hallarda mənzillərdə kirayə qiymətlərinin artmasına gətirib çıxaracaq”.

Ekspertin fikrincə, mənzillərin kirayə qiymətlərinin artmaması üçün və eyni zamanda hər bir mənzil sahibinin - kirayə götürənin və yaxud kirayə verənin müqavilələrinin notarial qaydada bağlanmasını təmin etmək üçün dövlətə ödənilən vergi faiz dərəcəsi azaldılmalıdır:

“Əgər həmin faiz dərəcəsi minimala düşərsə, bu halda kirayə verən və kirayə götürən şəxslərin böyük əksəriyyəti öz müqavilələrini notarial qaydada bağlayacaqlar. Bu halda bütün kirayə verilən əmlaklar notarial qaydada bağlanmış müqavilə ilə kirayə veriləcək və dövlət büdcəsi bundan daha çox gəlir əldə etmiş olacaq. Bundan əlavə, minimal olan vergilərdə qiymət artımı baş verməz”, - deyə Fərzəliyev vurğulayıb.

Ekspert əlavə edib ki, hazırkı vəziyyətdə kirayə verilən mənzillərin böyük əksəriyyəti notarial müqavilə bağlanmadan və vergi ödənilmədən verilir.

“Yalnız qeyri-yaşayış obyektləri rəsmi qaydada müqavilə bağlayırlar və həmin müqavilə üzərindən əldə etdikləri gəlirdən vergi verirlər. Vergi əvvəllər 14% idi, bu səbəbdən əmlak sahibləri əksər hallarda kirayə müqaviləsində məbləği daha az göstərirdilər ki, ödənilən verginin məbləği az olsun. Əks halda onlar kirayə qiymətlərini artırmağa üstünlük verirlər. Kirayə qiymətlərinin artırılmaması üçün müqavilədə qeyd olunan məbləğ real qiyməti əks etdirmir”, - deyə o əlavə edib.

Sərvanə Rəmixanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri