Icma.az
close
up
RU
Ev tapşırığını süni intellekt həll edirsə, uşağın gələcəyi təhlükədədir AÇIQLAMA

Ev tapşırığını süni intellekt həll edirsə, uşağın gələcəyi təhlükədədir AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bildiyimiz kimi süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilir və gündəlik fəaliyyətlərimizdə, o cümlədən təhsil sahəsində geniş istifadə olunur.

Bəs şagirdlər dərslərinə kömək məqsədilə süni intellektdən istifadə edə bilərlərmi? Bu, onların mövzuları daha yaxşı mənimsəməsinə dəstək ola bilər yoxsa hazır məlumatın əldə olunması müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər?

Elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Redaktor.az-a açıqlamasında bilirdi ki, qarşıdakı 5-10 il ərzində süni intellektin bir çox sahə və peşələri əhatə etdiyinin şahidi olacağıq:

"Bu baxımdan, biz də əvvəlki aylarda təklif etmişdik ki, orta ümumtəhsil məktəblərində süni intellekt dərsləri tədris olunsun, ali təhsil müəssisələrində isə süni intellekt ixtisasları açılsın. Müvafiq addımlar indidən atılmalıdır ki, 5-10 ildən sonra inkişaf etmiş dövlətlərlə bu sahədə rəqabət aparmaq imkanımız olsun. Digər tərəfdən, aktual sual ondan ibarətdir ki, əgər orta ümumtəhsil məktəblərində süni intellekt dərsləri tədris olunarsa və ya şagirdlər bu texnologiyalar barədə məlumatlı olarsa, onlar digər fənlər üzrə ev tapşırıqlarını süni intellekt vasitəsilə yerinə yetirəcəklərmi? Bu məsələ həqiqətən də diqqət tələb edir. Bu istiqamətdə həm müəllimlər, həm də valideynlər şagirdlərə nəzarəti gücləndirməlidirlər".

Müsahibimiz əlavə etdi ki, şagird süni intellekt imkanlarından düzgün istifadə etmədiyi halda bu, onun düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər:

"Əgər şagird tapşırıqları özü həll etmək əvəzinə onları birbaşa süni intellektə həll etdirməyə üstünlük verərsə, bu, onun təfəkkürünün inkişafına mane ola bilər. Belə yanaşma uzunmüddətli perspektivdə savadın formalaşmasına və analitik düşüncənin inkişafına mənfi təsir göstərə bilər. Bununla belə, süni intellekt düzgün istifadə edildikdə faydalı vasitədir. O, məlumat əldə etmək və mövzunu daha qısa zamanda anlamaq üçün effektiv alətdir. Şagird dərk etməlidir ki, süni intellekt bir saat ərzində tapa biləcəyi məlumatı daha qısa müddətdə əldə etməyə kömək edir. Lakin məqsəd tapşırığın tamamilə süni intellekt tərəfindən həll edilməsi deyil, həll üsulunun öyrənilməsidir".

Mütəxəssisin fikrincə, yanaşma belə olmamalıdır ki, "tapşırığı təqdim edim, süni intellekt həll etsin və məsələ bitsin". Nurəliyevin sözlərinə görə, əksinə, şagird süni intellektdən istiqamətverici vasitə kimi istifadə etməli, məlumatı özü mənimsəməli və tapşırıqları müstəqil şəkildə yerinə yetirməlidir:

"Müəllimlər ev tapşırıqları verdikdə, şagirdin işi müstəqil yerinə yetirib-yetirmədiyini müəyyənləşdirməli, lazım gəldikdə valideynləri məlumatlandırmalıdırlar. Valideynlər də evdə bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Əgər şagird bütün tapşırıqları hazır formada süni intellekt vasitəsilə əldə edib təqdim edərsə, bu, onun inkişafına mənfi təsir göstərə bilər. Lakin şagird süni intellektdən yalnız məlumat toplamaq və mövzunu anlamaq üçün istifadə edib cavabları özü hazırlayarsa, bu zaman süni intellektin faydası aydın şəkildə ortaya çıxar".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Mart 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri