Icma.az
close
up
RU
Ev təsərrüfatlarının uçotunun aparılmasında bunlara diqqət edilməlidir

Ev təsərrüfatlarının uçotunun aparılmasında bunlara diqqət edilməlidir

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Ev təsərrüfatlarının uçotunun aparılması kimsə üçün problem yaratmaz, amma məlumat toplanmasında obyektivlik təmin edilməzsə, problem o zaman yaranar".

Moderator.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.

O bildirib ki, mütəxəssislər prosesin müsbət tərəfləri barədə yetəri qədər çıxış ediblər:

"Səsləndirilən fikirlərin böyük əksəriyyətinə qatılıram. Ona görə də indi təkrarən bu prosesin regionların inkişafına, ailə sahibkarlığına, iqtisadi dövriyyədən kənarda qalan resursların və iqtisadi fəaliyyətin uçota alınmasına mümkün təsirləri barədə danışmıram. Sözsüz ki, bu proses regionlarda mövcud problemlərin və onların səbəblərinin müəyyənləşdirilməsi, əsaslandırılmış qərarların qəbul edilməsi üçün ciddi informasiya bazası formalaşdıra bilər. Məsələnin başqa bir tərəfinə, məlumatların toplanmasının obyektivliyinə, etibarlılığına və potensial risklərə toxunmaq istəyirəm. Qaydalara əsasən, ev təsərrüfatlarının uçotunu yerli icra hakimiyyəti başçılarının ərazi nümayəndəlikləri aparacaq. Yerli icra hakimiyyəti orqanlarında öz ərazilərinin sosial-iqtisadi vəziyyətini olduğundan daha yaxşı göstərmək meyli yarana bilər. Hətta bununla bağlı rayon rəhbərliyi səviyyəsində kənd nümayəndəliklərinə müəyyən tapşırıqların verilməsi ehtimalını da istisna etmirəm. Əminəm ki, nə ölkə rəhbərliyinin, nə də Dövlət Statistika Komitəsinin məlumatları olduğundan daha yaxşı göstərilməsində marağı yoxdur. Çünki əsl məqsəd mövcud vəziyyətin real mənzərəsini əldə etmək və onun əsasında obyektiv sosial-iqtisadi təhlillər aparmaqdır

Təsəvvür edək ki, hansısa kənddə məşğulluq səviyyəsi olduğundan yüksək, kommunal xidmətlərlə təminat vəziyyəti olduğundan yaxşı, istifadəsiz torpaqların sahəsi isə olduğundan az göstərilir. Ya da toyuqların sayı sərçələrin sayına çatdırılır. O zaman nə baş verəcək? Həmin kəndin real problemləri dövlətin inkişaf prioritetlərindən kənarda qala bilər. Dövlət investisiyaları yanlış istiqamətləndirilər, sosial dəstək mexanizmlərinin ünvanlılığı zəifləyər, infrastruktur layihələri faktiki tələbatdan kənar planlaşdırılar. Yanlış məlumatlar əsasında hazırlanmış dövlət proqramlarının icrasına milyonlarla manat vəsait xərclənə bilər. Bir neçə ildən sonra isə arzuolunan nəticələrin niyə əldə edilmədiyinin səbəblərini araşdırmağa başlayarıq. Problemlərin həlli üçün yenidən maliyyə, insan və zaman resursları səfərbər edilər. Bu baxımdan, məlumatların etibarlılığının yoxlanılması üçün müstəqil nəzarət mexanizminin yaradılması, seçmə qaydada təkrar sorğuların keçirilməsi və əldə edilən məlumatların digər informasiya mənbələri ilə müqayisə edilməsi vacibdir. 2024-cü ildə hüquqi əsası formalaşdırılmış və 2027-ci ildən yenilənmiş formada həyata keçiriləcək bu prosesdən ciddi sosial-iqtisadi nəticələr gözləmək olar. Amma bunun üçün 3 əsas şərt var. Məlumatlar doğru toplanmalı, obyektiv təhlil edilməli və qəbul edilən qərarlarda nəzərə alınmalıdır. Yanlış məlumatın (datanın) iqtisadiyyata vurduğu zərər məlumatın ümumiyyətlə olmamasının yaratdığı zərərdən daha böyük olur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:22
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Noyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri