Icma.az
close
up
RU
Zəlzələ anı: Bunlara xüsusi diqqət edilməlidir

Zəlzələ anı: Bunlara xüsusi diqqət edilməlidir

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

 İstanbulda baş verən son zəlzələdən sonra bir çox önləmlərin alınması yenidən gündəmə gəlib. 


Sherg.az xəbər verir ki, Türkiyə Prezidentliyinin Kommunikasiya İdarəsi zəlzələ zamanı insanların necə davranmalı olduğuna dair sosial media hesabında mühüm açıqlamalar verib.

Açıqlamada, zəlzələ anında qətiyyən panik olunmaması vurğulanaraq aşağıdakı xəbərdarlıqlar edilib:


Sabitlənməmiş şkaf, rəf, pəncərə və bənzəri əşyalardan uzaq durulmalıdır.

Əgər varsa, sağlam stullarla dəstəklənmiş bir masanın altına və ya yumşaq və həcmi böyük divan, kreslo, içi dolu sandıq kimi qoruma təmin edə biləcək əşyaların yanına çökmək və həyat üçbucağı yaratmaq lazımdır.

Baş iki əlin arasına alınmalı və ya bir qoruyucu yastıq, kitab kimi vasitə ilə qorunmalıdır.


Titrəmə keçənədək bu vəziyyətdə qalınmalıdır.

Təhlükəsiz bir yer taparaq “çök - qapan - tutun” prinsipi ilə hərəkət edilməlidir: diz çökərək baş və boyun qorunmalı, yıxılmamaq üçün sabit bir yerə tutunulmalıdır.

Pilləkənlərə və çıxışlara qaçılmamalıdır.

Açıqlamada, balkonlara çıxılmaması və pəncərələrdən tullanılmaması xüsusi vurğulanıb. Eyni zamanda:

Liftlərdən istifadə edilməməlidir.

Kibrit, alışqan yandırılmamalı, elektrik düymələrinə toxunulmamalıdır.

Əgər əlil arabasındasınızsa, təkərlər kilidlənməli və baş-boyun qorunmalıdır.

Mətbəx, emalatxana, laboratoriya kimi cihazların olduğu yerlərdə ocaq, soba kimi cihazlar söndürülməli, tökülə biləcək əşyalardan uzaq durulmalıdır.

Zəlzələ bitdikdən sonra elektrik, qaz və su vanaları bağlanmalı, soba və isitici cihazlar söndürülməlidir.

Digər təhlükəsizlik tədbirləri alınıb, lazımlı əşyalar götürülərək öncədən müəyyən edilmiş çıxış yolundan bina tərk edilməli və toplanma bölgəsinə gedilməlidir.

Məktəbdə, sinifdə və ya ofisdəsinizsə:

Sağlam masa və partaların altına və ya yanına keçərək, koridorda isə divara yaxın şəkildə “çök-kapan-tutun” hərəkəti ilə baş və boyun qorunmalıdır.

Pəncərə və şüşədən hazırlanmış əşyalardan uzaq durulmalıdır.

Sosial mediada yayıla biləcək dezinformasiyalara inanılmamalı, doğru məlumat üçün rəsmi mənbələr izlənilməlidir.

Turan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see751

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see304

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see285

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see274

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see254

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see244

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see235

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see219

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see208

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see190

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see179

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see176

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see175

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri