Icma.az
close
up
RU
Evdə bişirib “TikTok” da satanları cəza gözləyir RƏSMİ

Evdə bişirib “TikTok” da satanları cəza gözləyir RƏSMİ

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar sosial şəbəkələrdə ev şəraitində hazırlanmış yemək və şirniyyatların satışı sürətlə artır. 

Təkcə bir neçə kliklə sifariş edilən bu məhsullar nə rəsmi qeydiyyatdan keçir, nə də qida təhlükəsizliyi laboratoriyalarında yoxlanılır. Ev şəraitində hansı gigiyena qaydalarına əməl olunduğu, istifadə olunan məhsulların haradan alındığı, keyfiyyəti və saxlama şəraitinin necə olduğu barədə alıcıların məlumatı olmur. 

Sosial şəbəkələrdə satılan ev yeməklərinə AQTA-nın monitorinq mexanizmi varmı? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, qeydiyyatsız və sənədsiz məhsul satanlar izlənilir: 

“Sosial şəbəkə platformalarında bioloji aktiv qida, ət məhsullarının və ev şəraitində hazırlanan unlu-qənnadı məhsullarının satışı ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə şikayətlər daxil olur. Əgər bir şəxs qida məhsulunu şəxsi istehlak üçün deyil, satış məqsədilə hazırlayırsa, bu, artıq qida zəncirində fəaliyyət göstərən subyekt sayılır və qida təhlükəsizliyi qeydiyyatına alınmalıdır. 

İstehlakçılara tövsiyə edirik ki, belə məhsulları alarkən istehsalçının qeydiyyat sənədlərini, o cümlədən idxal olunan qida məhsullarına münasibətdə idxal sağlamlıq aktlarını tələb etsinlər. Qeydiyyatı olmayan, müvafiq müşayiətedici sənədləri ilə təmin olunmayan qida subyektlərindən məhsulları almasınlar. Qida təhlükəsizliyi qeydiyyatı həm də agentliyin həmin obyektlərə daha operativ və keyfiyyətli nəzarətini təmin edir. 

Çünki bir çox hallarda həmin subyektlər hər hansı obyekt olmadan qanunsuz şəkildə və onlayn platforma üzərindən satış həyata keçirirlər ki, bu da nəticədə həmin subyektlərə nəzarət edilməsini qeyri-mümkün edir”. 

Qurumdan qeyd edilib ki, qida təhlükəsizliyi sahəsində şikayətlərə sürətli müdaxilə edir və müvafiq tədbirlər görülür: 

“Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində agentlik tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. 

Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: cəza “TikTok” AQTA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri