Icma.az
close
up
RU
Evdə ən çox bu ərzaqları atırıq Pulumuz zibilə gedir

Evdə ən çox bu ərzaqları atırıq Pulumuz zibilə gedir

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Marketdən alınan çörək, süd, meyvə-tərəvəz, ət və digər ərzaqların bir hissəsi günlər sonra soyuducunun və mətbəx dolablarının küncündə qalır. Sonra isə istifadə olunmadan zibilə atılır. Əslində, atılan hər bir ərzaqla birlikdə ailənin həmin məhsula ödədiyi pul da itir.

“Yeni Sabah” xəbər verir ki, ərzaq israfı təkcə qida məhsullarının zibilə atılması deyil, ailə büdcəsinə də əlavə yük yaradan problemlərdən biridir. Azərbaycanda ərzaq məhsulları ailələrin gündəlik xərclərində mühüm yer tutur.

2026-cı ildə də ərzaq qiymətlərində artım davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artıb. İyul ayında isə qida məhsulları üzrə illik artım 7,3 faiz olub. pizza mizza

Belə bir vəziyyətdə evdə alınan məhsulların istifadə edilmədən atılması ailənin büdcəsinə daha çox təsir edir.

Bəs evlərdə ən çox hansı məhsullar israf olunur?

Beynəlxalq araşdırmalar göstərir ki, meyvə və tərəvəzlər ərzaq israfında ən böyük paya malik məhsul qruplarından biridir. Bunun əsas səbəbləri onların tez xarab olması, düzgün saxlanılmaması və ehtiyacdan artıq alınmasıdır. 

Azərbaycan ailələrində də buna oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Xüsusilə pomidor, xiyar, göyərti, meyvələr, kartof və digər tez xarab olan məhsullar vaxtında istifadə edilmədikdə zibilə gedir.

Çörək də evlərdə ən çox israf olunan məhsullardan biridir. Bir neçə gün əvvəl alınan çörəyin quruması, kiflənməsi və ya ailənin onu vaxtında istifadə etməməsi nəticəsində məhsul atılır. Süd, qatıq, xama, pendir kimi süd məhsullarında da oxşar hal yaşanır.

Ət və hazır yeməklərin israfı isə ailə büdcəsinə daha ciddi təsir göstərir. Çünki bir neçə manatlıq tərəvəzin atılması ilə bir neçə on manatlıq ət yeməyinin zibilə getməsi eyni maliyyə itkisi deyil. Üstəlik, problem yalnız məhsulun xarab olması ilə bağlı deyil. Bəzən ailələr qonaq gələcək düşüncəsi ilə normadan artıq yemək hazırlayır, süfrədə qalan yemək isə sonradan istifadə olunmadan atılır.

Evdə ərzaq israfının qarşısını almağın əsas yollarından biri alış-verişi əvvəlcədən planlaşdırmaq, evdə olan məhsulları nəzərə almaq və ehtiyacdan artıq məhsul almamaqdır. Hazırlanan yeməyin miqdarını düzgün hesablamaq və qalan yeməyi uyğun şəraitdə saxlamaq da israfın azalmasına kömək edir.

BMT-nin Ətraf Mühit Proqramının 2024-cü il hesabatına görə, 2022-ci ildə dünyada 1,05 milyard ton qida tullantıya çevrilib. Bunun 60 faizi ev təsərrüfatlarının payına düşüb. Hesabata əsasən, dünyada ev təsərrüfatları hər gün bir milyarddan çox porsiya yeməyə bərabər qidanı israf edir.

Yəni ərzaq israfının əsas mənbələrindən biri məhz evlərdir.

Azərbaycan üçün problem daha çox ailə büdcəsi baxımından önə çıxır. Çünki ərzaq xərcləri ailənin aylıq büdcəsində böyük yer tutur. 

Məsələn, ailə hər həftə istifadə etmədiyi 5-10 manatlıq ərzağı atırsa, bu məbləğ ay ərzində 20-40 manata çatır. Bir il ərzində isə söhbət artıq yüzlərlə manatdan gedir. Məhsulların qiyməti artdıqca bu itkinin məbləği də böyüyür. Mütəxəssislər ərzaq israfının qarşısını almaq üçün alış-verişdən əvvəl evdə olan məhsulların yoxlanılmasını, həftəlik menyunun hazırlanmasını, tez xarab olan ərzaqların az miqdarda alınmasını və məhsulların düzgün saxlanılmasını tövsiyə edirlər.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri