Icma.az
close
up
RU
Evdə turşu hazırlayanlar üçün VACİB XƏBƏRDARLIQ

Evdə turşu hazırlayanlar üçün VACİB XƏBƏRDARLIQ

Icma.az bildirir, News24 portalına istinadən.

Ev şəraitində hazırlanan turşular bir çox insanın qida rasionunda sevilən məhsullardan biridir. Lakin bu cür məhsulların hazırlanmasında buraxılan səhvlər ciddi sağlamlıq risklərinə yol aça bilər. Statistik məlumatlara əsasən, qida zəhərlənməsi hallarının əhəmiyyətli bir hissəsi məhz evdə düzgün saxlanılmayan və ya hazırlanma qaydalarına riayət olunmayan turşulardan qaynaqlanır.

Bəs nə etmək lazımdır?

Bu haqda qida eksperti Fərid Səfərov “Yeni Sabah”a danışıb:

“Demək olar ki, hamının sevdiyi və iştahla yediyi qidalardan biri də turşudur.  Turşunun orqanizmə bir sıra faydaları var, məsələn, güclü antioksidantdır, lif və probiotik mənbəyidir, vitamin və minerallara zəngindir. Bununla birlikdə, əgər düzgün şəkildə hazırlanmazsa və normadan artıq istifadə olunarsa çox ciddi sağlamlıq problemlərinə, zəhərlənməyə, hətta ölümə səbəb ola bilər.

İlk öncə onu deyim ki, əgər turşu yeyirsinizsə, çalışın, sənaye üsulu ilə hazırlanmış turşu yeyin, yox, özünüz hazırlayıb yeyecəksinizsə, onda mütləq bəzi məqamlara diqqət etmək lazımdır”.

Ekspert oxucularımıza bir sıra vacib tövsiyələr verib:

“Turşu hazırlamaq üçün lazım olan meyvə və ya tərəvəzləri mövsümündə alın. Meyvə və tərəvəzlər təzə və əzilməmiş olmalıdır. Meyvə və tərəvəzlər çox yaxşı yuyulmalıdır.Turşunu qoyacağınız qablar çox yaxşı yuyulmalı və sterilizasiya olunmalıdır, bunun üçün qabları əvvəlcə qaynar su ilə yaxşıca yuyun və tam quruduğuna əmin olun. Turşunu şüşə qablara, balonlara yığaraq saxlayın.İstifadə olunan qapaqlar da mütləq qaynar su ilə yuyulmalıdır, üzərində heç bir zədə və əzilmə olmamalıdır. İstifadə olunacaq duz-su nisbəti çox vacibdir, bu turşunun hazır olması üçün lazım olan fermentasiyanın yaranmasını təmin edir. Turşunu hazırladıqdan sonra mütləq saxlama temperaturuna riayət edin, isti yerdə saxlamayın, sərin və qaranlıq yerdə saxlayın. Gün işığı düşməyən yerdə saxlayın. Əgər bir neçə gündən sonra turşunun suyu bulanıq olarsa, üzərində ağ ləkələr yaranarsa, qapağı şişərsə o artıq istifadə olunmamalıdır. İstifadə etmək üçün açdıqdan sonra üzərində kif varsa onu qətiyyən istifadə etmək olmaz, bəzən yuyub yenidən yeyirlər, bu isə çox təhlükəlidir. Turşu sərt və parlaq olmalıdır, özünəməxsus qoxusu olmalıdır, əgər turşu yumşaqdırsa və xoşagəlməz qoxusu varsa onu istifadə etmək olmaz. Bütün bu məqamlara diqqət etmədikdə hazırlanan turşunun rəngi, dadı görüntüsü dəyişir, suyu bulanır, turşu yumşalır, üzərində kif yaranır.

Turşudan zəhərlənmə halları bəzən özünü həmin anda göstərmir, əgər halsızlıq, ürəkbulanma, qarın ağrısı, başgicəllənmə, qusma yaranıbsa dərhal həkimə müraciət edin. Tibb müəssisəsinə gedənə qədər bol su içilməlidir.Mənşəyi bəlli olan yerdə hazırlanmış turşu məhsullarından istifadə etmək lazımdır, meyvə-tərəvəz satılan yerlərdə və yaxud yol kənarında açıq şəkildə satılan turşu məhsullarının hansı şəraitdə hazırlandığı bəlli deyil və çox təhlükəlidir. Öz hazırladığınız və ya aldığınız məhsulun istehsal tarixinə diqqət edin. Xüsusilə, körpə uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar və çox yaşlı insanlar turşu məhsullarından qəti şəkildə uzaq durmalıdırlar.

Bütün bu məqamlara diqqət edərək həm sağlamlığımızı qoruya bilərik, həm də sevdiyimiz qidaları iştahla istehlak edə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri