Icma.az
close
up
RU
ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Tədqiqatçılar gündəlik həyatda ChatGPT-dən müntəzəm istifadənin yarada biləcəyi mümkün risklə bağlı xəbərdarlıq ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Massaçusets Texnologiya İnstitutu (MIT) alimlərinin apardıqları araşdırma göstərib ki, ChatGPT və digər süni intellekt əsaslı çat-botlar istifadəçilərə məlumatları daha sürətlə təhlil etməyə kömək etsə də, onların müstəqil analiz bacarıqlarına da təsir göstərə bilər.

Təcrübə zamanı iştirakçılar müxtəlif xəbər mətnlərinin və şəkillərin etibarlılığını qiymətləndiriblər. ChatGPT-dən istifadə edənlər dezinformasiyanın əlamətlərini daha tez müəyyən edib və saxta xəbərləri təkbaşına işləyən iştirakçılarla müqayisədə daha yüksək dəqiqliklə aşkar ediblər. Lakin bir neçə həftə sonra tədqiqatçılar fərqli mənzərə ilə qarşılaşıblar.

İştirakçılardan eyni tip tapşırıqları bu dəfə ChatGPT-nin köməyi olmadan yerinə yetirmələri istənildikdə, onların nəticələri eksperimentin əvvəlindəki göstəricilərdən daha zəif olub.

Alimlərin fikrincə, bu, süni intellektə həddindən artıq güvənməyin tənqidi düşünmə bacarıqlarının tədricən zəifləməsinə səbəb ola biləcəyini göstərir.

Araşdırma müəllifləri hesab edirlər ki, bunun əsas səbəbi ChatGPT-nin istifadəçilərə çox vaxt hazır cavablar və nəticələr təqdim etməsidir. Nəticədə insanlar məlumatı özləri təhlil etməyə, müxtəlif mənbələri müqayisə etməyə və faktları yoxlamağa daha az ehtiyac duyurlar. 

Mütəxəssislər vurğulayırlar ki, ChatGPT məlumat axtarışı, dezinformasiyanın aşkarlanması və gündəlik işlərin asanlaşdırılması üçün faydalı vasitədir. Bununla belə, o, insanın müstəqil düşüncəsini, məntiqi analizini və faktların yoxlanılmasını əvəz etməməlidir. Araşdırma müəlliflərinin fikrincə, gələcəkdə ChatGPT və digər süni intellekt sistemləri hazırlanarkən istifadəçilərin analitik düşünmə bacarıqlarının qorunması və inkişaf etdirilməsi xüsusilə təhsil sahəsində əsas prioritetlərdən biri olmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see306

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see298

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see263

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see246

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see245

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see242

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see235

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see228

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see228

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see221

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see204

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see203

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see202

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see201

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see196

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see195

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see193

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see187

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see185

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri