Icma.az
close
up
RU
Evdə yox, maşında doğuş edibmiş... VİDEO

Evdə yox, maşında doğuş edibmiş... VİDEO

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəlilabadda doğuşdan 12 gün sonra baş verən ana ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

AZXEBER.COM "Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 26 yaşlı Nahidə Abbasova körpəsini maşında dünyaya gətiribmiş. 

Belə ki, Cəlilabad rayon Soyuqbulaq kənd sakini Nahidə doğuş vaxtı olduğu üçün yaxınları tərəfindən rayon xəstəxanasına aparılıb.

Mərhumun anası Zəminə Abbasovanın iddiasına görə, həkimlər qadının doğuş vaxtı olmadığını bildirərək geri qaytarıblar:

"Səhər-səhər apardıq xəstəxanaya. Həkimlər baxıb dedilər ki, "uşaq olmayacaq”, dərman da verdilər. Qaytarıb evə gətirdik. Sancıları daha da çoxaldı. Yenidən xəstəxanaya aparanda yolda, Ağdaşda uşaq dünyaya gəldi. Xəstəxanaya çatdırdıq. Həkimlər baxdılar dedilər ki, "uşaq da, ana da sağlamdır".

Mərhumun atası Babək Abbasov bildirib ki, övladının vəziyyəti yaxşı olub: 

"Uşağın vəziyyəti yaxşı idi. Öz ayağı ilə ikinci mərtəbəyə qalxmışdı.12-ci gün isə rəhmətə getdi”.

Həkim Yusif Xankişiyev qeyd edib ki, zahı qadın xəstəxanaya gətirilən zaman vəziyyəti orta-ağır, huşu aydın olub:

"Daha sonra qadının vəziyyətində kəskin ağırlaşma baş verib və reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində xəstədə kəskin tənəffüs çatmazlığı müşahidə olunub və o dərhal süni tənəffüs aparatına qoşulub. Aparılan bütün müalicə tədbirlərinə baxmayaraq, ayın 20-si ölüm faktı qeydə alınıb”.

Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilmişdi ki, martın 8-i saat 20:00 radələrində 1999-cu il təvəllüdlü qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.

"Zahı qadın şöbəyə gətirilən zaman ümumi vəziyyəti kafi, huşu aydın olub. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib. Saat 00:00 radələrində qadının ümumi vəziyyəti kəskin ağırlaşdığı üçün Reanimasiya şöbəsinə köçürülüb. Bütün reanimasiyon tədbirlərə baxmayaraq martın 20-si saat 17:30 radələrində ölüm faktı qeydə alınıb”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daha öncə yayılan məlumatda bildirilirdi ki, Nahidə Abasova körpəsini evdə dünyaya gətirib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 22 Mart 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri