Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Evdən çölə çıxmayan, ədəbiyyatı zay günə qoyan qadın

Evdən çölə çıxmayan, ədəbiyyatı zay günə qoyan qadın

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün görkəmli ingilis şair Emili Dikinsonun anım günüdür.

Kulis.az Dalğa Xatınoğlunun “Emili Dikinson - Uzmanca bir naşılıq” essesini təqdim edir.

İngilis dilində ədəbiyyatın inkişafı və axarının qəribə öyküsü var. Ən böyük şairlər təxminən üç şairin şineli altından çıxıblar - zamanlarında nəinki diqqət mərkəzində deyilmişlər, hətta ədəbiyyatı “zay günə” qoyduqları üçün qınanıblar - Uilyam Şekspir, Con Don və Emili Dikinson.

Şekspir az qala bütün Qərbdə ədəbiyyatın axarını dəyişib. Aristoteldən qalmış ədəbi prinsiplərə tamamilə etinasız yanaşıb. Klassisizmdən (Əski yunan və Roma ədəbiyyatı) Şekspirə qədər bütün şairlər Aristotelin estetika və ədəbiyyatla bağlı prinsiplərini rəhbər tutublar.

Şekspir ilə Ben Conson neoklassizm məktəbinin öncülləri idi, ancaq XVII əsrin, ən əsas ədəbi axını metafizika şeiri idi, bu məktəbin ulduzları Con Donun (John Donne) şinelindən çıxıblar.

Don Şekspirdən fərqli olaraq axıcı, gözəl, sadə və ürəkoxşayan vəznləri buraxıb, kobud sözlər, kələ-kötür, zövqə toxunan vəznlər, ahənglərlə şeir yazırdı. Əsas səbəb isə oxucunu zövqə, həzzə dalmağa qoymamaq, diqqətlə sözlərə, anlama fikir verməyə məcbur etmək idi. Eyni işi alman şairi Bertold Brext də görüb.

Conson deyir: "Kələ-kötür sözlər, harmoniyasız ahəng və düzənsiz vəznlərə görə, Donu qırmancın altına salmaq lazım".

Məsələ nə bu şairlər və üslubları, nə də ədəbiyyatın təməlini dəyişən romantizm məktəbidir. Söhbət Emili Dikinsondan gedir. Hər üç şair, təxminən, yaşamlarından bir əsr sonra ciddiyə alınıblar.

Amerikalı şair nəinki evdən çölə çıxmağı sevmirmiş, hətta 7 il kollecdə dərs oxuduğunu çıxsaq, yaşadığı kənddən addımını çölə qoymayıb. Buna baxmayaraq çox mütaliəli olub.

Diriykən, anonim şəkildə 7 şeri nəşr olunub, ancaq yazdığı 1700-dən çox şeirdən ibarət kitabı ölümündən sonra işıq üzü görüb.

Həmişə ağ geyinən, subay Emilinin ölümündən sonra şeirlər toplusu, ağır redaktələr və dəyişikliklə yayımlanıb. Naşir “qırıq vəznli şeirləri”, “uyğun olmayan qafiyələri” şairənin naşılığı hesabına qoyub, şeirlərini “düzəldib, gözəlləşdirmək” istəyib.

Təxminən bir əsr sonra Emilidən qalan orijinal şeirlər diqqət çəkib. Nəhayət, 1776 orijinal şeiri, olduğu kimi nəşr olunub və yeni nəslin zövqü başa düşüb ki, Emili qəsdən belə yazıbmış. Bu onun üslubu idi və təsirindən böyük şairlər çıxıb. İndi Emiliyə ingilis modern ədəbiyyatının anası deyirlər. Biz, Emilisevərlər, Tomas Consona minnətdar olmalıyıq ki, onun şeirlərini olduğu kimi nəşr edib.

Emilinin şeiri bir yandan Şekspiri, digər yandan "Zəbur"dakı dualarda (özəlliklə Davudun Məzmurları) olan intonasiyanı xatırladır. İki dini kitabın üslubu və intonasiyası hədsiz maraqlıdır. Biri "Quran" və ondan da çox "Zəbur". Hər iki kitabı orijinal dildə oxumaq məsləhətdir. Anlamını buraxaq, intonasiya və ahəngini diqqətə almaq yetər. Valt Vitmenin “Özümü öyürəm” şeiri də "Zəbur"dakı ahəng ilə başlayır.

"Zəbur"la "Quran" şeir deyil, ancaq daxili vəzni, ahəngi var, hər iki kitabı avazla oxumaq mümkündür, ardıcıl cümlələrin sonu çox halda qafiyəlidir.

Emili ilə Şekspirin oxşarlığına gəldikdə, birinci, Emili şeirlərində yerli-yerli Şekspirin sözlərinə eyham vurur. Həmçinin, Şekspir kimi mesaj buraxmaq yerinə, oxucunu birbaşa təcrübə ilə üzləşdirir. Emilini oxuyanda adam dərhal başa düşür ki, öz zehniyyətini, təsəvvürünü bir yana qoymalıdır. Anlayırsan ki, onların heç birinə güvənmək olmaz. Tamamilə yeni təcrübə ilə üzləşirsən, hətta reallığın belə, göründüyü kimi olmadığını anlayırsan.


***

Mənim adım Heçkim

Bəs sən?

Sənin də adın Heçkimmi?

Demək, eşik o zaman.

Bunu bildirmə dilini tuta bilməyən Onlara

Necə də bezdiricidir Birisi olmaq

Necə də bayağıdır, bir qurbağa kimi

Uzun yay günləri adını oxumaq,

Yaltaq bir bataqlığa

***

Kimsə tanımır bu kiçik qızılgülü
Bir yolçudur bəlkə,
Bir zəvvardır,

Yollardan qoparıb, sənə sunduğum o gül.
Sonra,
Bir arı darıxacaq onunçün ancaq
Yalnız bir kəpənək
Çaşacaq uzun səfərdən sonra,
Baş qoymağa köksünü tapmayınca
Yalnız bir quş maraqlanacaq
Yalnız bir yel ah çəkəcək yoxluğunu görüncə
Ah, kiçicik qızılgül
Necə də rahatmış sənin kimisinə ölmək...

***

Ölçülü-biçili dururam,

hədsiz bir acı sonrası,

Sinirlərim başdaşı kimi dimdik,

Kubarcasına dinc.

Acı çəkən Bumu? - sorur sərt ürək

Dünəndənmi başladı, yoxsa yüzillərdənmi?

Ayaqlarım əlimdə deyil yürüyürkən,

Yerə-göyə, olar-olmaza,

Taxta kimi bir yol.

Yaşam umrumda deyil,

Xoşluğum almaz, hüzurum daş kimi.

Qur-quşun kimi saatlar,

Diri qalsam, xatırlayacağam,

Soyuqdan donanların anımsaması kimi,

Öncə qara dalıb titrəmək,

Sonra keyimək,

Sonunda özünü boş vermək...

***

Şan,

parlaq bir üzüntüdür
Bir an,
Hökm sürmək anlamı daşıyır
Gün görməmiş miskin bir itkini qızdırır
Sonra bir an,
Sakitcə anlamı dəyişib unutqanlıq olur...

***

Sonuna kimi toplanmaq
Sonra guruldayıb ildırım sayağı enmək-
Bütün yaratıqlar gizləndiyi zaman.
Şeir budur.

Sevgi də öyləcə olmalı, şeir kimi
Zatən hər ikisi eşit və yaşıd
Biri yoxdur o biri olmadan
Hər ikisini dənəyib, dadır insan
Çünki,
Can qurtar bilməz tanrını görən birisi...

***

Həqiqəti bütöv, amma eyhamla söylə
Bir dolayı yoldur uğur.

Həqiqətin möhtəşəm sürprizi
Aşırı parlaq görünür
Titrək və nazik zövqümüzə.

İldırımın gurultusunu uşaqçün
Yumşaqca anlatmaq gərək
Həqiqətin göz qamaşdırıcı işığını da eləcə,
Yoxsa kor edər istənilən insanı.

***

Qızçiçəyinə əyilib baxarkən gördülər

Himalay dağlarını.
Və bayılacaq qədər üzülmüş,
Böylə gəlinciyin,
Öylə bayrağını qara sancaraq,
Öz dünyasında, gərdək-gərdək yaşamasına...

İzah:

Baxmayaraq ki, qızçiçəyi Himalay dağının (əski Sanskrit dilində Himmaleh deməkdir, yəni qarın məskəni) ayağı altındakı alçaq düzənliklərdə göyərir, uca dağ qara baş əyir (qar onun başına yağır), belə-belə mələk kimi qısa ömürlü incə çiçəklər qarın altından baş qaldırıb, öz çadırlarını fateh əsgərlər kimi qurub, zəfər bayrağını qaldırırlar. Bunların da hamısı onların öz dünyasında baş verir, yəni dağın ayağı altında.

Orijinaldan tərcümə: Dalğa Xatınoğlu

Fazil Mustafa: "Mən bu dünyaya boş yer doldurmaq üçün gəlməmişəm" Hamamda boğulub ölən qiraətçi kimdir? - Bakıda faciə Erməni ssenaristi Bakıdan qovdu, mükafatdan imtina etdi - Gizlincə dəfn edilən Xalq artisti
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 May 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri