Icma.az
close
up
RU
“Ev”ə qayıdan braziliyalılar ARAŞDIRMA

“Ev”ə qayıdan braziliyalılar ARAŞDIRMA

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan klubları üçün o qədər də zəngin olmayan qış transfer pəncərəsi daha çox Kadi Borgesin “Qarabağ”a qayıdışı ilə əlamətdar olub. Azərbaycandakı uğurlu karyeradan sonra “Krasnodar”a, oradan da “Ferensvaroş”a yollanan yarımmüdafiəçi özünə doğma olan kluba - “ev”inə qayıdıb.

İdman.biz Azərbaycan klublarında oynayan, müəyyən fasilədən sonra eyni komandaya qayıdan braziliyalıları yada salır.

Azərbaycanda oynamış braziliyalıların sayı kimi sonradan ölkəmizə qayıdanlar da yetərincədir. Amma eyni komandaya dönənlər o qədər çox olmayıb. 2021-22-ci illərdə 41 çempionat oyununda 16 qol vuran Kadiyə qədər 7 sambaçı eyni klubumuza fasilə ilə iki dəfə qoşulub. Bəzən həmin oyunçu icarəyə getdikdən sonra geri qayıdıb, bəzən isə başqa kluba keçdikdən sonra komandasına dönüb. Düzdür, eyni sözləri Riiçard Almeyda haqda da demək olar. Amma millimizdə oynamış yarımmüdafiəçi legioner deyil, yerli futbolçu sayılır.

Bombardir və kölgəsi
Bu futbolçuların siyahısında Reynaldo başçılıq edir. 2013-17-ci illərdə “Qarabağ”la çempionluq, kubok qazanan, qrup həyacanı yaşayan, Premyer Liqada bombardir də olan forvard Avropa gəzintisinə yollanıb. “Adanaspor”, Trnava “Spartak”ı və “Aktobe”dən sonra 2019-cu ildə Ağdam klubuna qayıdan Reynaldo əvvəlki Reynaldo deyil, onun kölgəsi olub. Premyer Liqadakı ilk dönəmində 87 oyunda 43 qol vuran hücumçu bu dəfə 6 matçda 1 dəfə fərqlənib.

Uğurlu dönüş
Qayıdışı uğurlu alınan istisna Denis Silvadır. Əvvəllər “Xəzər Lənkəran”da, sonradan “İnter”də oynamış müdafiəçi 2010-15-ci illəri fasilə ilə “Neftçi”də keçirib. O, “Qremio”ya getdiyi 2012-ci ilədək 59 matçda 2, 6 ay sonra qayıdaraq 58 oyunda 4 qol vurub. O, “Neftçi” ilə hər dəfə bir qızıl qazanıb.

Hanı o qollar?
Azərbaycan klubundan sonra qayıdan ilk braziliyalı Junivan Suares sayılır. 2005/06 mövsümünün ilk yarısında 12 oyunda 8 qol vuran hücumçu “Ərciyəsspor” və “Belasitsa”dakı uğursuz illərdən sonra Azərbaycana dönüb. Öncə “Olimpik”ə keçən forvard 2009/10 mövsmüündə yenidən Tovuzda olub. Bu dəfə 14 matça qol hesabını açmayan sabiq bombardir bu dəfə “Olimpik”ə qayıdıb. Əvvəl Bakı klubunda 43 matçda 17 qol vuran Junivan bu dəfə 12 görüşdə fərqlənə də bilməyib.

Türkiyədə it-bat olan hücumçu
2009-cu “Bakı”nın Jabanı transfer etməsi səs-küyə səbəb olmuşdu. O, 2009-12-ci illərdə 60 oyunda 17 qol vurmağı bacarıb. Yenidən Türkiyədə oynamaq istəyən hücumçu “Antalyaspor”a oradan da vətənində “Araponqas”la “Yuventus”da oynamağa gedib. 2014-15-ci illərdə yenidən “zolaqlı” olan Jaba 20 matçda qola həsrət qalıb.

Koreya intervalı
Junivan kimi Dario Federiko da Azərbaycanın iki klubunda fasilə ilə oynayıb. Maraqlıdır ki, o hər iki təmsilçimizi Cənubi Koreyaya dəyişib. 2015-17-ci illərdə “Kəpəz”də 34 matça 7 qol vuran futbolçu “Seonqnam”a üz tutub. 2018-ci ildə qayıdan forvard 13 oyunda 4 topa imza ataraq “Neftçi”yə keçib. 2018-19-cu illərdə 14 (3 qol), 2019-20-ci illərdə 17 (1 qol) görüşə çıxan sambaçı 2019-cu ilə “Daequ”da başlayıb.

Qısamüddətli transfer
Azərbaycana ən çox gəlib-gedən braziliyalı kimi tanınan Leonardo Roşa 4 klubun formasını geyinib. O, “İnter”ə iki dəfə keçib. Əvvəllər “Stamdard”da parlamış braziliyalı 2009-10-cu illərdə “İnter”lə 21 matçda 5 qola sevinib. Ardınca “Bakı”, “Qarabağ” və vətənində “Treze”də oynayan Leo 2013-cü ildə qayıtdığı keçmiş komandasında 9 qarşılaşmada 1 topla yadda qalıb.

Uğursuz legioner
Azərbaycanda ümidləri doğrultmayan braziliyalılarda biri Osmar Siqeyra olub. Üç klubda oynayan futbolçu ölkəmizə yeniyetmə yaşlarında gəlsə də, heç cür özünü göstərməyib.A Amma “Standard”da iki fərqli dövrdə oynamağı bacarıb. 2008-09-cu illərdə 9 görüşə çıxan Osmar 1 qola sevinib. Braziliyada aşağı liqalarda oynadıqdan sonra 2010-cu ildə “Standard”a dönən futbolçu bu dəfə debüt də etməyib.

Vüqar Xeyrullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri