“Everton”un sabiq yarımmüdafiəçisi Səudiyyə klubu ilə müqavilə bağladı
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Everton"un sabiq yarımmüdafiəçisi Abdulaye Dukur karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Sport24.az klubun saytına istinadən xəbər verir ki, malili futbolçu NEOM-la müqavilə bağlayıb.
Yeni mövsümdə Pro Liqada çıxış edəcək komanda 32 yaşlı malili ilə 2027-ci ilin yayına qədər anlaşıb.
"Transfermarkt" portalı oyunçunun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Dukur 2024/25 mövsümündə bütün tunirlər nəzərə alınmaqla 36 matçda meydana çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Uotford", "Qranada" və "Renn"in formasını geyinib. Dukur Fransanın gənclər yığmalarında 37 oyun keçirib və 2022-ci ildə Mali millisində debüt edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 Avqust 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















