Icma.az
close
up
RU
ƏVƏZOLUNMAZ DÖVLƏT... Və ya müasir Türkiyə fenomeni

ƏVƏZOLUNMAZ DÖVLƏT... Və ya müasir Türkiyə fenomeni

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ramiz Yunus,

Xəzər Universitetinin politologiya professoru

Dünya siyasətində gücə malik dövlətlər və mənaya, əhəmiyyətə malik dövlətlər var. Birincilərdən qorxa bilərlər, lakin ikinciləri əsla görməzdən gəlmək mümkün deyil. Onların arasındakı fərq yalnız tankların, təyyarələrin sayı və ya iqtisadiyyatın həcmi ilə ölçülmür. Həqiqi nüfuz o zaman başlayır ki, sən olmadan artıq heç bir qərarın qəbul edilməsi mümkün olmur.

Tarix müəyyən dövrdə nəhəng hərbi qüdrətə malik olan, lakin zaman dəyişdikcə öz təsirini itirən dövlətləri çox görüb. Və əksinə, elə ölkələr var ki, öz coğrafi mövqeyini, diplomatik imkanlarını və siyasi iradəsini strateji resursa çevirməyi bacarıb. Məhz belə dövlətlər beynəlxalq proseslərin sadəcə iştirakçısı deyil, həm də onların əsas memarlarından birinə çevrilirlər.

Buna görə də, Ankarada baş tutan son NATO sammitinin əsas yekununu dünya liderlərinin görüşlərində səslənən konkret qərarlar və bəyanatlarla məhdudlaşdırmaq olmaz. Bu sammitin baş tərəfi və əsl mənası tamam başqa reallıqdadır: o, formalaşmaqda olan yeni dünya düzənində Türkiyənin artan regional və qlobal rolunu bir daha bariz şəkildə nümayiş etdirdi


Cəmi bir neçə il əvvəl qərbli analitiklər Türkiyə ilə müttəfiqləri arasında dərin böhran yaşandığını iddia edirdilər. Ankaranın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramından çıxarılması, ABŞ sanksiyaları, Suriya böhranındakı fikir ayrılıqları belə bir təəssürat yaradırdı ki, Ankaranın NATO üzvlüyü tarixində ən çətin dövrlərdən biri yaşanır. Hətta bəziləri iddia edirdi ki, Türkiyə avroatlantik məkandan uzaqlaşaraq alternativ güc mərkəzləri axtarışındadır.

Lakin beynəlxalq siyasət düz xətt üzrə inkişaf etmir. Reallıq proqnozlardan daha mürəkkəb çıxdı. Bu gün biz Türkiyənin Qərbə tərəf dönməsini deyil, Qərbin Türkiyənin nə dərəcədə mühüm bir dövlət olduğunu yenidən dərk etməsini müşahidə edirik. Ankara sammitinin əsas siyasi mənası da məhz budur.

Türkiyənin bu gün qazandığı mövqe təsadüfi bir hadisənin nəticəsi deyil. Bu, Ankaranın uzun illər boyu öz müstəqil subyektliyini gücləndirməyə yönəlmiş xarici siyasətinin məntiqi yekunudur. Ankara hər zaman nümayiş etdirib ki, o, müttəfiq olaraq qalmaq istəyir, lakin başqalarının qərarlarının icraçısı statusu ilə razılaşmır. Türkiyə ilk növbədə öz milli maraqlarından çıxış edərək müstəqil siyasət yürütdü. Bu xətt müttəfiqlər tərəfindən tənqid olunsa da, bu gün aydın görünür ki, məhz həmin müstəqil qərar qəbul etmə qabiliyyəti Türkiyəni hər kəsin hesablaşmalı olduğu bir gücə çevirib.

Diplomatiyada peşəkarlara yaxşı məlum olan bir qayda var: əvvəlcə siyasi iradə ortaya qoyulur, daha sonra o, hüquqi və texniki forma alır. Məhz buna görə liderlərin bəyanatları sadəcə söz deyil, beynəlxalq siyasətin gələcək istiqamətindən xəbər verən mühüm siqnallardır.

Bu baxımdan, ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sammit çərçivəsində keçirilən görüşün ab-havası xüsusi önəm kəsb edir. Bir qədər əvvəl iki ölkə münasibətlərində uzunmüddətli qarşıdurma tendensiyası hökm sürdüyü halda, Ankara görüşü tamamilə fərqli mənzərəni ortaya qoydu. ABŞ lideri türk həmkarına və onun siyasi xəttinə olan xüsusi hörmətini dilə gətirdi, Vaşinqtonun Ankara ilə yeni strateji əməkdaşlıq mərhələsinə hazır olduğunu bildirdi. Müdafiə sənayesi və müasir aviasiya texnologiyaları proqramlarına Türkiyənin tamhüquqlu qayıdışı ilə bağlı verilən mesajlar isə Ankaranın böyük diplomatik qələbəsidir.

Əlbəttə, bu uğurda Prezident Ərdoğanın şəxsi liderlik keyfiyyətləri müstəsna rol oynayır. Çünki məhz siyasi liderlər risk edir, məsuliyyət daşıyır və dövlətin hərəkət trayektoriyasını müəyyənləşdirirlər. Lakin bu uğurun arxasında həm də çoxşaxəli və uzunmüddətli dövlət strategiyası dayanır. Türkiyə elə bir geosiyasi şərait yarada bildi ki, onu əvəzləmək qeyri-mümkündür.


Müasir dünyada dövlətlər yalnız böyük orduya və ya nəhəng resurslara malik olduqları üçün güclü sayılmırlar; onlar həm də qlobal problemlərin həllində iştirakı qaçılmaz olduğu üçün güclüdürlər. Türkiyə həm NATO üzvüdür, həm müxtəlif güc mərkəzləri ilə birbaşa dialoq kanallarını saxlayır, həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, həm də regional münaqişələrdə vasitəçilik edə bilir. O, Qara dənizdə, Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada açar rolundadır. Fərqli regionlar və siyasi qütblər arasında bu cür bağlayıcı bənd olmaq qabiliyyəti Türkiyənin nüfuzunun əsas mənbəyidir.

Ankara sammiti göstərdi ki, Türkiyə artıq yalnız NATO-nun cənub cinahı və ya regional oyunçu deyil, onun rolu qat-qat genişdir. Bu gün rəsmi Ankara Avropa, ABŞ, Yaxın Şərq və Cənubi Qafqazın maraqlarının kəsişdiyi əsas mərkəzdir. Ona görə də indi əsas sual Türkiyənin beynəlxalq təhlükəsizlik sisteminin bir hissəsi olub-olmaması deyil, sual budur: "Bu sistem Türkiyə olmadan effektiv fəaliyyət göstərə bilərmi?" Və cavab getdikcə daha aydın olur.


Sammitin digər mühüm tərəfi Şimali Atlantika Alyansının daxili birliyinin qorunması oldu. Donald Trampın hakimiyyətə gəlişi ilə transatlantik münasibətlərin gələcəyi barədə Avropada ciddi narahatlıqlar var idi. Belə bir gərgin fonda daxili ziddiyyətlərin Alyansı zəiflətmək riski böyük idi. Məhz bu məqamda Türkiyə sadəcə müzakirə iştirakçısı kimi deyil, Qərb birliyi daxilində fərqli yanaşmalar arasında kompromis tapmaq üçün unikal bir platforma kimi çıxış etdi. Bu, məhz "əvəzolunmazlıq diplomatiyası"dır. 

Trampın sammitin yekununda həm Ərdoğanın, həm də NATO Baş katibi Mark Ruttenin Alyansın birliyinin qorunmasındakı rolunu yüksək qiymətləndirməsi rəsmi Ankaranın növbəti uğurudur.

Türkiyənin Ukrayna böhranındakı rolu da xüsusi diqqətə layiqdir. Müharibənin ilk günündən Ankara Ukraynanın suverenliyini dəstəkləməklə yanaşı, Rusiya ilə də diplomatik kanalları açıq saxlayan yeganə NATO ölkəsidir. Bu balanslı mövqe sayəsində Türkiyə münaqişə tərəflərinin hər ikisi ilə danışmaq imkanına malikdir ki, diplomatiyada bu, nəticə əldə etməyin ilkin şərtidir. Sammit çərçivəsində Ankarada Donald Tramp və Volodimir Zelenski arasında keçirilən və mühüm mesajlarla yadda qalan görüşün məhz Türkiyənin yaratdığı siyasi məkanda baş tutması bu əvəzolunmazlığın daha bir sübutudur.

XXI əsr beynəlxalq münasibətlərə yeni bir kriteriya gətirir: "Kimsiz keçinmək qeyri-mümkündür?" 

Türkiyə bu gün elə bir dövlətə çevrilir ki, onsuz Qara dənizin təhlükəsizliyini, Qafqazın sabitliyini, enerji marşrutlarını, miqrasiya proseslərini və Qərb-Şərq münasibətlərini müzakirə etmək sadəcə qeyri-mümkündür.


Bu reallıq Azərbaycan üçün də müstəsna əhəmiyyət kəsb edir. Bakıda hər zaman yaxşı anlayıblar ki, strateji müttəfiqin beynəlxalq arenada çəkisi nə qədər çox olarsa, sənin üçün də bir o qədər geniş imkanlar açılır. Azərbaycan və Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu ittifaq təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, həm də Yaxın Şərq, Cənubi Qafqaz, Avropanın enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat dəhlizləri və Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı qlobal geosiyasi kontekst daşıyır. Türkiyənin beynəlxalq mövqelərinin güclənməsi obyektiv olaraq Azərbaycanın da imkanlarını genişləndirir.

Azərbaycan özü də son onilliklərdə regional müstəvidə ciddi subyektə çevrilərək orta güc *(middle power)* statusuna yüksəlib və öz müstəqil xarici siyasət xəttini yürüdür. Bu mənada, Türkiyənin qlobal müstəvidəki hər bir uğuru tərəfdaşlıq imkanlarımızı artırır və Cənubi Qafqazın bütövlükdə beynəlxalq sistemdəki rolunu yüksəldir.

Qədim Çin mütəfəkkiri Sun Tszı yazırdı: "Müharibə sənətinin zirvəsi düşməni döyüşmədən fəth etməkdir". 

Bu gün həmin fikir yeni siyasi məna qazanır. Əsl güc təkcə rəqibi məğlub etmək qabiliyyəti deyil, həm də elə etməkdir ki, sən olmadan heç bir qərar tapılmasın. Müasir Türkiyə məhz bu fenomenə sahibdir. Ona görə də bu gün tam əminliklə Ankaranın yeni statusundan – Əvəzolunmaz Türkiyədən danışmaq mümkündür.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri