Icma.az
close
up
RU
Ürək üçün əvəzolunmaz tərəvəz

Ürək üçün əvəzolunmaz tərəvəz

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Badımcan çox dadlı və həmçinin faydalı tərəvəzdir. Şərqdə bu tərəvəz "uzunömürlülük tərəvəzi" sayılır. Belə hesab olunurdu ki, bu tərəvəzi tez-tez yeyən insan qocalmır.

Badımcan kalium və maqneziumla zəngindir. Bu iki mineral ürək-damar sistemimiz üçün əvəzolunmazdır. Kalium və maqnezium ürəyin fəaliyyətinə müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, arterial təzyiqini normallaşdırır, ödemlərdən azad edir. Bu səbəbdən ürək xəstəliklərindən əziyyət çəkən insanlar badımcanı qidalanmasına tez-tez daxil etməlidir.

Badımcan orqanizmdən "pis" xolesterini xaric edir və bu səbəbdən ateroskleroz zamanı və bu pozulmanın profilaktika məqsədi ilə çox faydalıdır.

Badımcan qanın tərkibinə də müsbət təsir edir.

Badımcan qan damarları möhkəmləndirir, onların elastikliyini artırır. İnsult keçirilmiş insanlar üçün bu tərəvəz çox faydalı sayılır.

Badımcan qidalı liflərlə zəngindir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar üçün xeyirlidir.

Bağımcan azkalorili məhsuldur, lakin qidalı liflərin səbəbindən insanda tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır. Bu isə arıqlamağa kömək edir. Təbii ki, arıqlamaq istəyən insanlar yağda qızardılmış badımcan yeməməlidir. Bunun üçün bağımcanı sobada qabıqlı şəkildə bişirmək və sonra isə badımcanın ətini müxtəlif tərəvəz salatlarına əlavə etmək, qarnirlərdə istifadə etmək olar.

Badımcan orqanizmdə duz-su və lipid (piy) balansının tənzimlənməsinə müsbət təsir edir, yüngül sidikqovusu və ödqovucu xüsusiyyətinə malikdir, mübadilə prosesləri yaxşılaşdırır, orqanizmdən artıq duzları xaric edir.

Badımcan podaqra, böyrək və qara ciyər xəstəlikləri, qəbizlik zamanı çox xeyirlidir.

Badımcan şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Bu tərəvəz qanda şəkərin tənzimlənməsinə kömək edir.

Badımcanın tərkibində olan sink və C vitamini immun sisteminin fəaliyyətinə müsbət təsir edir, B qrupu vitaminləri isə sinir sistemini möhkəmləndirir.

Belə hesab olunur ki, tünd bənövşəyi rəngdə olan badımcanlar ən faydalıdır.

Badımcan oynaqlar, sümüklər və dişlərimiz üçün də çox xeyirlidir. Sobada bişirilmiş badımcanın qabığının külü ilə dişləri yuduqda dişlər ağarır, damaqlar isə daha möhkəm olur.

Badımcanın ətini kosmetik maskalarda istifadə etmək olar. Badımcanın əti üz dərisini canvanlaşdırır, ağardır, daha dartılmış və elastik edir. Bunun üçün badımcan ətini əzib təmiz üz dərinizə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Mədə və 12 barmaq bağırsağı xorası və qastritdən əziyyət çəkən insanlar bu tərəvəzdən sui-istifadə etməməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see684

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see386

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see240

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see218

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see194

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see189

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see187

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see185

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see184

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see184

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see182

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see177

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see176

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see174

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see173

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri