Icma.az
close
up
RU
Sənədsiz evlərlə bağlı proses başlayır

Sənədsiz evlərlə bağlı proses başlayır

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ekspert: “Qanunsuz tikilinin olduğu ərazilərin yerli icra orqanları hökumətə müraciət etməlidir”

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.

Vüqar Bayramov

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov News24.az-a açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır: “Əmlak məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir. Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir.

Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir: “Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək”.

Sənədsiz evlər problemi hər dəfə gündəmə gətirilir, amma hələ də yoluna qoyulmayıb. Bu məsələ niyə bu qədər uzanır? Məsələn, Gürcüstanda bu problem “Əmlak amnistiyası” adı ilə artıq öz həllini tapıb.

Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Müsavat”a mövzunu şərh edərkən müstəqillikdən öncəki illərdə olan vəziyyətə diqqət çəkdi. Ekspert qeyd etdi ki, hökumət kütləvi şəkildə salınan tikililərə göz yumurdu: “SSRİ süqut etdikdən sonra Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkünlərlə əlaqədar qanunsuz tikililərin sayı artdı. 2000-ci illərdə artıq bələdiyyə torpaqları anlayışı yarandı. Sözügedən torpaq sahələri vətəndaşlara həyətyanı sahə kimi satılıb. Bir qisim torpaq isə kənd təsərrüfatı təyinatlı torpaq kimi rəsmiləşdirilib. Vətəndaşlar hər iki növ torpaq sahəsində fərdi evlər tikiblər. Beləliklə, tikililərin sayı dəfələrlə artıb. Daha sonra böyük şəhərlər və onların ətrafında özbaşına zəbt olunan, tikilən, yaxud bəzi sərəncamlar və razılaşmalar əsasında verilən digər əmlaklar yaranıb. Məsələn, kənd və qəsəbə sovetləri vaxtilə müəyyən sənədlər veriblər. Sonradan yaradılan yerli icra strukturlarında- kənd, qəsəbə idarəetmə orqanları tərəfindən verilən sərəncamlar olub. Müxtəlif sənədlər olduğu üçün problemi yalnız əmlak amnistiyası ilə həll etmək mümkün deyil. Prezident İlham Əliyev 2015-ci ildə "Daşınmaz əmlakın qeydiyyatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalanıb. Bu fərman, daşınmaz əmlakın qeydiyyat prosesini sadələşdirmək, sürətləndirmək və şəffaflaşdırmaq məqsədini güdürdü. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti fərmanda qeyd olunan sənədlərə əsasən vətəndaşların mülkiyyət hüququnu tanıyır. Hazırkı hüquqi normativlərə görə sənədi olmayan əmlaklar tanına bilməz. İlk növbədə qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir. Çox güman ki, ilkin mərhələdə SSRİ dövründə əldə olunmuş sənədlər əsasında mülkiyyətlərin tanınması istiqamətində iş aparılacaq, siyahı genişlənəcək, lakin bunun üçün hüquqi normativlər dəyişilməlidir".

Qanunsuz tikililərin tanınması ilə bağlı sualı şərh edən ekspert bildirdi ki, bununla bağlı müxtəlif yanaşmalar və istiqamətlər olacaq: “Prezidentin "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi" qaydaları ilə bağlı Fərmanı var. Lakin vətəndaşlar fərdi qaydada müraciət edə bilmirlər. Müraciətin əsaslandırılması üçün ərazinin planlanması nəzərə alınır. Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən, 5 ildən bir ölkə üzrə ərazilərin şəhər planlamasına görə dəyişilməsi məsələsinə baxılmalıdır. Hazırkı qanun bu prosesin başlamasına əsas verir. Kütləvi şəkildə qanunsuz tikilinin olduğu ərazilərin yerli icra hakimiyyəti orqanları hökumətə müraciət etməlidir. Bu istiqamətdə iş aparılıb-aparılmadığı qeyri-müəyyəndir. Qeyd etmək lazımdır ki, həmin ərazilərdə yaşayan vətəndaşlar üçün, yəni söhbət kənd təsərrüfatı təyinatlı özəl və icarədə olan mülkiyyətə sahib vətəndaşlardan gedir, onların probleminin həll olunması üçün fürsət yaranıb. Lakin bu fürsətdən hansı dərəcədə istifadə olunduğu hələ ki bəlli deyil. Fikrimcə, aidiyyəti dövlət qurumları işə başlamaq üçün tapşırıq gözləyirlər. Qanunazidd ərazilərdə tikilən yaşayış məntəqələri-kommunikasiya, dəmir yolu xətlərinin keçdiyi və s. ərazilərə isə heç bir halda amnistiya olmayacaq".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri