Icma.az
close
up
RU
Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

Icma.az, Lent az saytına istinadən bildirir.

Bakı sakininin adına külli miqdarda suya borc gəlib, lakin maraqlısı odur ki, vətəndaş göstərilən ünvanda nə yaşayır, nə də ki, ümumiyyətlə, evi var.

Lent.az-ın məlumatına görə, sakinlərə yaşamadıqları evdən 955 manatlıq su borcuna görə xəbərdarlıq məktubu gəlib.

Abonenti olduğu deyilən şəxsin adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən ünvanda 955 manat 16 qəpik borclarının olması ilə məbləğin alınacağı ilə bağlı xəbərdarlıq daxil olub. Məbləğin məhkəmə qaydasında onlardan alınacağı bildirilib, lakin sözügedən ünvanda vətəndaşa məxsus ev yoxdur.

Xəbərdarlıqda bildirilir ki, “01.08.2025-ci il tarixinə Sizin istifadə etdiyiniz su təchizatı və kanalizasiya xidmətlərinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə 955,16 manat son ödəniş tarixi keçmiş, ödənilməmiş borcunuz yaranmışdır.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə və “Sudan İstifadə Qaydaları”nın 2.1.9.2 yarımbəndinə əsasən “Su təchizatı müəssisəsinin istehlakçiya verdiyi suyun həsabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməlidir. Əks halda, su təchizatı müəssisəsi istehlakçının su təchizatını və kanalizasiya xidmətini dayandırmaq hüququna malikdir”.

Qeyd edilənləri nəzərə alaraq, 7 iş günü müddətində borcunuzun ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmətlər dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin Sizdən məhkəmə qaydasında tutulması təmin ediləcəkdir”.

Ev sahibinin qızı bildirir ki, borcdan və zənglərdən təngə gəliblər: “Bizim adımıza olmayan ,istifadə etmədiyimiz, yaşamadığımız bir evdə anamın adına 955.16 manat su borcu yığılıb. Qəribə tərəfi isə budur ki, həmin ünvanı ADSEA işçiləri də axtarıb, tapa bilmirlər. Zəngli danışıq zamanı mənə deyirlər ki ,eviniz hardadır? deyirəm, axı mənim elə evim yoxdur, ünvanı da bilmirəm. Artıq bu borcun yaratdığı problemlərdən və narahatedici zənglərdən bezmişik”.

Məsələ ilə bağlı adına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, problem Suraxanı Sukanal İdarəsi tərəfindən nəzarətə götürüldü. Abonentlə idarəyə dəvət olunub məsələ araşdırılacaq.

Ümid edirik ki, abonentə aid olmayan 955 manat borc və onun yaratdığı problemlər tezliklə həllini tapacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri