Icma.az
close
up
RU
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA Qalmaqallı müdir niyə cəzalandırılmır?

“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA Qalmaqallı müdir niyə cəzalandırılmır?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi Bakıda fəaliyyət göstərən əvvəlki adı - "Evim" uşaq bağçasıyla bağlı saytımızda qalmaqallı halla bağlı vətəndaş şikayətləri əsasında yazı dərc etmişdik.
Bu dəfə də bağçayla bağlı Bizim.Media-ya növbəti şikayət daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA – Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO


Bağçada müəllimə kimi işləmiş Rəqsanə Şıxəliyeva müraciətində bağçanın müdiri Xanım Əliyevanın onun maaşını 3 aydır ki, ödəmədiyindən gileylənib.
"Həmin bağçada 14 avqust 2024-cü ildən bəri fəaliyyət göstərirəm. Avqustun ortasından başlayaraq işləməyə başladım, həmin ay yarım ay işlədiyim üçün maaşımın yarısı düşürdü. Məndən ilk ay xahiş etdilər ki, olar ki, bu ay maaşı verməyək, sentyabrın maaşıyla birlikdə verilsin. Mən də razılaşdım. Sentyabr ayınının maaşını aldıqda həmin avqust ayının yarım ay maaşı verilmədi. Oktyabr ayında da yenə eyni hal təkrarlandı. Ümumi olaraq, sentyabr və oktyabr ayının maaşını aldım. Noyabr, dekabr və yanvar aylarının isə maaşını ala bilmədim".
Şikayətçi bildirib ki, maaşın gecikdirilməsinə səbəb olaraq direktor valideynlərin pul ödəmədiyini və vəziyyətlərinin yaxşı olmadığını əsas gətirib:
"Mən də bir insan kimi onu başa düşdüm və dedim ki, dayələrin maaşını verin, insanlar əziyyət çəkir. Çalışırdım ki, bağça təzə qurulduğu üçün onun adını tanıdaq. Ancaq Xanım Əliyevanın  başqalarının adına borc götürdüyünü öyrəndikdən sonra yanvarın 24-də öz istəyimlə işdən çıxdım. Çıxanda belə dedim  ki, eybi yoxdur, hər kəsin borcunu qaytarın, sonra mənimkini verərsiniz. Ancaq yenə də mənim insanlığımdan istifadə etdilər. Məndən işdən ayrılmamağımı xahiş etdilər. Amma mən çıxdım".
Rəqsanə Şıxəliyeva iddia edir ki, bağça müdiri hazırda ona əl borcu olaraq verdiyi 194 manatla birgə təxminən 1500 manat pul verməlidir:
"Yanvarın 27-də digər işçilərin borclarının ödəndiyini bildikdən sonra,  Leyla Tahirova ilə danışdım, maaşımın verilməsini tələb etdim. O isə fevralın əvvəlində qalan əməkhaqqı üzrə borcun tam ödəniləcəyini vəd etdi. Mən isə razılaşmadım, ona yanvarın 29-na kimi vaxt verdim. “Əgər məbləğ ödənilməsə, yoldaşım məhkəməyə müraciət edəcək” dedim.  Onu da deyim ki, işdən çıxdıqdan sonra mənə valideynlərdən zəng edənlər oldu. Onlar dedilər ki, müdiriyyət arxamca artıq-əksik sözlər danışıb".
Şikayətçi dediyi vaxtda maaşın ödənmədiyini gördüyü üçün polisə və Əmək Müfəttişliyinə də müraciəti edib:
"Mənə xəbərdarlıq olunmadan yanvarın 14-dən işimə xitam verilsə də, yanvarın 24-nə kimi işə getdim, hər gün giriş-çıxış saatlarında imza atdım. Bunun səbəbini soruşduqda isə bağçanın MMC-yə keçməsi, adının dəyişməsiylə və s bağlı olduğunu dedilər. Mən bunu "My.Gov.Az-da məlumatlarıma baxarkən öyrəndim".
Qeyd edək ki, sözügedən uşaq bağçasının təsisçisi və mühasibi Xanım Əliyevanın anası Leyla Tahirovadır.
Məsələylə bağlı Leyla Tahirovanın da mövqeyini öyrəndik. O, maliyyə çətinliyi səbəbindən maaşların gecikdiyini bildirib:
“Amma onun özüylə də danışanda dedim ki, tezliklə ödəniş olacaq. Bu həftə ödəniş ediləcək. Mən özüm də mühasib kimi  işləyirəm, 3 aydır ki, maaşım verilmir. Ancaq mən şikayət etmirəm, vəziyyəti başa düşürəm".
Məlumat üçün bildirək ki, “Evim” uşaq bağçasının müdirinin məlum əməlindən sonra bağçada kütləvi işdənçıxma başlayıb. Adına kredit götürülən 7 nəfərdən sonra bağçanın digər müəllim heyəti öz ərizələri ilə işdən azad olunublar.
Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri