Icma.az
close
up
RU
Evim sənsən Aynur Ədil yazır

Evim sənsən Aynur Ədil yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aynur Ədil

İnsanın doğulub boya-başa çatdığı, hər gün nəfəs aldığı yer yox, özünü aid hiss etdiyi yer evidir. Cisminin yaşadığı ilə ruhunun aid olduğu yerlər bir-birilə tamamilə fərqlidir.

Sən hər səhər oyanıb, gecələr başını yastığa qoyana kimi öz evində olsan da, içindəki ad qoya bilmədiyin çırpıntın sanki, “sən bura aid deyilsən” deyə, qəlbinin qulağına pıçıldayır. Və sənin öz evinin qapısının açarı dünyaya göz açdığından bəri səndə olur.

Dəfələrlə yanlış evlərə daxil olub, əslində sənin olmadığını anlayırsan. Yanılmaqlar, aldadılmaqlar, erkən və vaxtsız vidalar, zamansız sağollaşmaqlar, ədalətsiz ayrılıqlar səni öz evini tapacağın inancına küsdürür. Ruhun daxilində parçalanır, içindəki yaralar nə sağalır, nə də qabıq bağlayır – elə qanamağa davam edir. Görünüşün isə uçurumdan yıxılıb yara almağına baxmayaraq, dimdik və güclü yaşayan bir obrazı özündə birləşdirir. Amma gün gəlir sən bir anın içində öz evini tapdığını hiss edirsən. Bir baxış, iki qəhvə, saysız-hesabsız xoş söhbət sənə bunu deyir: hə, bu, sənin axtarmaqda olub, tapa bilmədiyin rahatlığın, xoşbəxtliyindir.

Bəzən ürəyindən gələn həmin səsi dinləyib o evə daxil olduğun üçün hədsiz sevinir, bəzən isə natamam çatışmayan şeyləri hiss edib, o evdən getmək istəyirsən. Bir hissən bu gedişi qəbul etsə də, digər hissən yarımçıq, kimsəsiz hiss edir özünü...

Mən onun üzünü görməyib, səsini eşitdiyim andan həmin saatlar yaşadığım pis və haqsız dönəmlərə rəğmən, içimə gözləmədiyim rahatlıq gəldi. O səsi daha çox eşidim deyə, aidiyyətsiz və lazımsız bütün mövzulardan söhbət açdım.

Sonra günlər, aylar bir-birini əvəz etdikcə, mən o səs və etdiyimiz söhbətlərdən dərmansız yaşaya bilməyən xəstələr kimi asılı qaldım. Və həmin səsi eşitmədiyim gün artıq özümü narahat, nələrinsə məndə əskik olduğunu, həyatımda nəyinsə çatışmadığını hiss etdim.

İlk dəfə tam mənə aid olmayan evdə bütövləşib, xoşbəxt oldum. Bir də anladım ki, kimsə sənə ev olmaq istəsə belə, sən özünü ora aid hiss etmədiyin müddətcə hər zaman yadsan, qonaqsan. Lakin sən gözlərinin içinin güldüyü, ona baxarkən aidlik hiss etdiyin bir insanın daimi sakinisən. Mən o aidliyi hiss etdiyim insanı itirməmək, soyuyan evi qızdırmaq üçün yeri gələndə özüm olmaqdan imtina edib, olmaq istəmədiyim bir insan oldum. Ancaq başqa bir evə köçməyi, içimdə daşıdığım və yaranmağı aylarımı alan hisslərimə yaraşdırmadım. O evi o qədər istədim və öyrəşdim ki, bəzən öz qürurumu heçə sayıb, yaşaya biləcəyim xoşbəxtliklərin üzərindən öz əlimlə xətt çəkdim. Amma əsas hüzurun və xoşbəxtliyin isə onunla keçirdiyim hər anın olduğunu da dərk etdim. Hansısa yad evin içərisi güllü-çiçəkli olsa da, onun mənə verdiyi tikanlı evi digərlərindən daha üstün saydım.

Məncə, insanın əsl xoşbəxtliyi də elə budur: öz və aid hiss etdiyi evinin hər tikanına dözmək, nəinki başqalarının sənə verdiyi çiçəkli ağaclarla dolu evdə gərginliklə yaşamaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri