Icma.az
close
up
RU
“Evimizin qapı pəncərələrini qıraraq söküntü işləri aparırlar” Fotolar

“Evimizin qapı pəncərələrini qıraraq söküntü işləri aparırlar” Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Relt House” MTK evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparır, ancaq layihədə onların təklif etdiyi kimi mənzil planı yoxdur”. 

Bu şikayətlə “Qafqazinfo”ya Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti bina 7-nin bir qrup sakini müraciət edib. 

Vətəndaşların sözlərinə görə, 3 otaqlı evlərinə eynisi təklif olunsa da, mənzillər ölçü baxımından problemlidir: “Onların təklif etdiyi otaq ölçüsü bizim evimizdəkindən balacadır, koridoru isə böyükdür. Əlavə həyətimiz də var, bunu nəzərə almırlar. Üstəlik, şirkət 4 mənzillə razılaşma əldə etməyib. İstəyirik, evimiz neçə kvadrat metrdirsə, bizə o ölçüyə malik mənzil verilsin. Razılaşma olmadığı üçün qarşı tərəf bizi məhkəməyə verdi, hazırda proses davam edir”.

Sakinlər, həmçinin qeyd ediblər ki, icra hakimiyyətinin daha öncəki sənədində də söküntüyə razılaşma şərtləri ilə icazə verilib: “Söküntü yalnız bizim razılığımız olduqdan sonra başlanılmalıdır. Ancaq MTK rəhbəri bizə dedi ki, bu iş onların xeyrinə məhkəmədə həll olacaq, elə də olur. Artıq burada yaşamaq mümkün deyil, divarlardan su damır, evlərin qapı-pəncərəsini də söküblər ki, əmlakımızı istənilən qiymətə satıb, çıxaq”. 

İddialarla bağlı “Relt House” MTK ilə əlaqə saxladıq. Şirkətdən sorğumuza cavab olaraq deyildi ki, razılaşmayan sakinlərin məsələsinə Binəqədi Apellyasiya Məhkəməsi və Ali Məhkəmədə baxılır: “Həmin sakinlərin bizdən istəyi mənzillərinin dəyərindən qat-qat artıqdır. 60 kvadrat metr mənzilə 400 min manat pul istəyirlər. Bu, düzgün deyil. Binanın söküntü məsələsinə gəldikdə, MTK heç bir söküntü işi aparmır. İddialar əsassızdır, qapı-pəncərələr köçürülən, yəni MTK ilə razılaşan ev sahibləri tərəfindən sökülüb. Razılaşmayan sakinlər bilməlidirlər ki, onlar həm bizim, həm də razılaşıb kirayədə yaşayan qonşularının hüquqlarını pozurlar. Biz şirkət olaraq məhkəmənin qərarlarını gözləyirik”.

Məsələ ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də sorğu ünvanladıq. Komitənin mətbuat katibi Ramiz İdrisoğlu saytımıza açıqlamasında bildirdi ki, əraziyə baxış keçirilib: “Binəqədi rayonu, Azadlıq prospektində yerləşən ünvanda tikinti şirkəti tərəfindən vətəndaşlarla razılaşma olmadan söküntü işlərinin aparılması ilə bağlı daxil olmuş müraciətlər araşdırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və hər hansı söküntü işlərinin aparılmadığı müəyyən edilib”.

Qurumdan o da qeyd edilib ki, sözügedən ünvanda 11 iyul 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə çərçivəsində tikinti işlərinin aparılmasına dair müvafiq icazə verilib. 

Fidan Etibar 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri