Azərbaycanda külək enerjisinə tələbat kəskin artdı Rəsmi rəqəmlər
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında 960,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
"Yeni Sabah"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin 10 ayı ilə müqayisədə 13,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 22 milyard 060 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 2,2 % azdır. Bunun 21 milyard 421,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,7 % azdır. ShopByBro
Bunun 2 milyard 991 milyon kVt/saatı su elektrik stansiyalarının (il ərzində 18,6 % artıb), 16 milyard 697,9 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının (- 9,8 %), 170,7 milyon kVt/saat biokütlə və tullantıların yandırılmasından alınan elektrik enerjisi (+7,3 %) istehsalının payına düşür.
Hesabat dövründə günəş elektrik stansiyalarında 601,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 13 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 20 Noyabr 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















