Tarixi addım ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu müraciət, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin müraciətə cavabı Azərbaycanın bugünkü uğurlarının, zəfərlərinin əsası oldu. Müraciətdə həmin dövrün reallıqları əksini taparaq xalqı bu çətin vəziyyətdən xilas edəcək şəxsin Ulu Öndər olduğu xüsusi qeyd edilmişdi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Liderdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmçinin partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyasının bu gün sıralarında yüz minlərlə üzv birləşib. Bugünümüzün reallıqları Ulu Öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında bildirmişdir ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.” Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi görmək istəyini də açıqladı və bu tezis partiyanın fəaliyyətinin bələdçisinə çevrildi.
YAP dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 34 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasında töhfələrinin olmasından qürur hissi keçirir. Bu gün Yeni Azərbaycan Partiyası yaradılmasının 34 illiyini Zəfər ruhunda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası fonunda qeyd edir. Bu gün azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar.
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallığa çevirdi. Zəfərlərimizin yaratdığı yeni reallıqlar Yeni Azərbaycan Partiyasının yeni Proqramının təsdiqlənməsini zərurətə çevirdi. Artıq qarşıda yeni dövrün hədəfləri dayanır. Partiyanın VII və VIII qurultaylarında cənab İlham Əliyev bu vəzifələri açıqladı. Dövlətimizin başçısı VIII Qurultayda Azərbaycanın müstəqillik tarixində keçilən yolu geniş təhlil edərək bu çağırışı etdi: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi. O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, Azərbaycan dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi.” Cənab İlham Əliyev, həmçinin qarşıda dayanan vəzifələrin fonunda bu inamı ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.
Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















