Icma.az
close
up
RU
Evindəki məcburi köçkün çıxmır deyə, kirayə qalmağa məcburdur Video

Evindəki məcburi köçkün çıxmır deyə, kirayə qalmağa məcburdur Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Kirayədə yaşayan Bakı sakini evinin məcburi köçkün tərəfindən zəbt edildiyindən şikayətçidir.

“Qafqazinfo”nun məlumatına görə, Xəzər TV-yə danışan Vüqar Şıxıyev bildirib ki, sözügedən ailə onlara Bakıda mənzil verilmədiyi halda evdən çıxmayacağını deyir.

“Məhkəmə qətnaməm var. Dövlət tərəfindən onlara ev də verilir, amma getmirlər ki, biz Bakıda yaşamaq istəyirik. Mən indi kirayə evdə qalıram. Çıx, mənim kimi kirayə evdə qal, mən də öz evimə yerləşim”, - o bildirib. 

V.Şıxıyevin iddiasına görə, Qaradağın Lökbatan qəsəbəsində yerləşən evinə 1993-cü ildən məcburi köçkünlər yerləşib. Həmin vaxt valideynləri rayonda olduğu üçün mənzil boş imiş. 3 il sonra isə həmin şəxslər evi indi orada qalan ailəyə verib: 

“Ailəm gəldikdə görüb ki, orada qoca kişi ilə qadın var. Onlar deyiblər ki, biz çıxacayıq, sizə xəbər edəcəyik. Daha sonra məcburi köçkünlər öz aralarında alqı-satqı ediblər, evə başqaları yerləşib. Məhkəmə qətnaməsi mənim xeyrimədir, bildirilib ki, onlar evdən çıxmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi onlara ev təklif etdi, lakin ailə imtina etdi ki, biz Bakıda yaşamaq istəyirik”. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Cəbrayıldan keçmiş məcburi köçkün Südabə Abbasquliyeva 6 nəfərdən ibarət ailə üzvləri ilə birgə Vüqar Şıxıyevə məxsus evdə müvəqqəti məskunlaşıb. Keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus mənzili boşaltması haqqında məhkəmə qətnaməsi komitəyə təqdim edilib. Qətnamənin icrası ilə əlaqədar iyunun 17-də Südabə Abbasquliyevaya ailə tərkibinə uyğun olaraq dövlət komitəsinin Biləsuvarda yerləşən qəsəbədə boş mənzil fondundan fərdi yaşayış evi təklif edilib. Lakin ailə həmin mənzilə köçməkdən imtina edib.

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri