Evinizdəki bu köhnə əşyalarda sərvət yatır İÇİNDƏ QIZIL VAR + FOTO
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
İllər öncə bahalı qiymətə alınan elektron cihazlar istifadəyə yararsız hala düşdükdə çox vaxt düşünmədən tullayırıq. Lakin bu, ciddi maliyyə itkisinə səbəb ola bilər.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir çox elektronik cihazda dəyəri kifayət qədər yüksək olan 22 əyar qızıl tapmaq mümkündür.
Adətən elektronika deyəndə ilk ağla gələnlər mobil telefon, kompüter və televizor olur. Lakin tərkibində qızıl olan cihazlar bunlarla məhdudlaşmır – soyuducu, paltaryuyan, qabyuyan, fen, uzaqdan idarəetmə pultları və audio sistemlər də bu siyahıya daxildir.
Xüsusilə ana platalar, yəni cihazların əsas idarəetmə lövhələri az miqdarda olsa da, qızıl ehtiva edir. Bu hissələrdən qızılı əl üsulu ilə çıxarmaq çətin olsa da, təkrar emal müəssisələri vasitəsilə bu proses həyata keçirilə bilər.
Ekspertlər bildirirlər ki, bəzi xırdavatçı və elektronik hissə toplayıcıları bu cihazları alaraq, qızıl hissələri ayırır və bununla yüksək gəlir əldə edirlər.
Əgər evinizdə artıq işləməyən cihazlar varsa, onları tullamaq əvəzinə, təkrar emal mərkəzlərinə vermək həm ətraf mühitə faydalı olar, həm də sizə maddi qazanc gətirə bilər.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 19 May 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















