Icma.az
close
up
RU
Evlənmək istəyənlərə YENİ XƏBƏR Nikah müqaviləsinin bağlanması məcburi olacaq?

Evlənmək istəyənlərə YENİ XƏBƏR Nikah müqaviləsinin bağlanması məcburi olacaq?

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda nikaha daxil olanlara nikah müqaviləsi bağlamaq tövsiyə olunsa da, buna əməl edənlərin sayı çox azdır. Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda 168 nikah müqaviləsi bağlanıb. Hər il nikaha daxil olanların bir faizə yaxını nikah müqaviləsi bağlayır.
 

MÖVZU İLƏ BAĞLI:
Boşananda yada düşən NİKAH MÜQAVİLƏSİ - Azərbaycanda buna niyə maraq YOXDUR?


Ailə quranlar niyə nikah müqaviləsi bağlamır?
Çoxluğun nikah müqaviləsindən qaçmasının isə müxtəlif səbəbləri var. Buna əsas səbəb mental dəyərlərdir. Gənclər və onların ailələri bu müqavilənin ancaq boşanma zamanı lazım olduğunu əsas gətirərək müqavilədən imtina edirlər. Onlar hesab edirlər ki, hələ evlənmədən öncə boşanma haqqında düşünmək doğru yanaşma deyil. Çoxluğun bu cür düşünməsi isə nikah müqaviləsi haqqında məlumatsızlıqdan irəli gəlir.
Nikah müqaviləsinin hansı üstünlükləri var?
Nikah müqaviləsi gələcəkdə cütlüyü yarana biləcək mübahisələrindən sığortalayır. Evlənməyə qərar verənlər öz istək və arzularını, qurduğu ailə haqqında gözləntilərini bu müqavilə vasitəsilə həyata keçirə bilərlər. Ailə əgər evliliyi sonlandırmaq qərarı versə belə cütlük məhkəmə çəkişmələrindən uzaq qalır.
Nikah müqaviləsinin məcburi qaydada bağlanmasının tərəfdarları
Bu mövzuya münasibət bildirən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib ki, nikah müqavilələrinin məcburi qaydada bağlanılmasının tərəfdarıyıq:
"Toydan öncə olan prosedurları dəyişməliyik. Ailədə ortaq mülkiyyət anlayışı formalaşmalıdır. Adətlərimizdə olan boşluqları maarifləndirmə yolu ilə aradan qaldırmalıyıq”.
Bəs nikaha girmədən öncə nikah müqaviləsinin bağlanmasının məcburi olması təklif oluna bilərmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan deputat Ceyhun Məmmədov deyib ki, belə bir addımın atılması yaxşı olardı:
“Nəzərə alsaq ki, bu gün cəmiyyətdə boşanmaların sayı sürətlə artır, insanlar sürətli bir formada ailə nikahını pozurlar. Ona görə də burada hansısa bir mexanizm düşünmək lazımdır ki, nikah müqaviləsinin bağlanması bu mənada önəmli olsun. Bu gün statistikaya əsasən, boşanmaların sayı 30 faizdən yüksəkdir, yəni hər üç ailədən biri boşanır. Ona görə də bu məsələnin düzgün tənzimlənməsinə bu istiqamətdə addımların düzgün formada atılmasına və həyata keçirilməsinə çox böyük ehtiyac var”.
Deputat hesab edir ki, bununla paralel həm də ailənin qorunması ilə bağlı maarifləndirmə işləri aparılmalıdır:
“Ailə cəmiyyətin təməlidir, hər bir ailə xüsusi önəm daşıyır, ona görə də biz ailələrimizi qorumalıyıq. Buna paralel olaraq maarifləndirmə, təbliğat işi ilə ailənin önəmi məsələsini hər zaman gündəmdə saxlamaq lazımdır. Çünki biz bunu etməsək gələcəkdə ciddi çətinliklərlə üz-üzə qalacağıq. Ailə nə üçün önəmli, vacibdir və bizə nə üçün lazımdır? Bu məqamlar barədə də düşünməliyik, çünki cəmiyyət ailədən başlayır, ailə təməli güclü olmazsa, güclü formada qurulmazsa, bu məsələlərə həssas yanaşılmasa, biz güclü, sağlam cəmiyyət qura bilməyəcəyik. Ona görə də bu məqamın həssaslığı, önəmi nəzərə alınmalıdır. Bu addımlar ölçülmüş, biçilmiş, ağıllı bir formada atılmalı və həyata keçirilməlidir”.
Günay Şahmar, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri