Evlər indi kartondan tikiləcək Gələcəyin materialı təqdim olundu
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avstraliyalı mühəndislər inşaat sektorunda böyük dəyişikliklərə yol aça biləcək yeni material təqdim ediblər. Onların sözlərinə görə, bu material tamamilə ekoloji cəhətdən təmizdir, az xərc tələb edir və azmərtəbəli binaların tikintisi üçün kifayət qədər dayanıqlığa malikdir.
Moderator.az bildirir ki, oxu.az bu barədə kp.ru-ya istinadla xəbər verir.
Yeni konsepsiyanın ideyası sadədir: ənənəvi kərpic və betondan istifadə etmək əvəzinə, xüsusi karton qabıqlar torpaqla doldurularaq sıxılır. Beləliklə, tikinti sahəsinə tonlarla kərpic və beton daşınmasına ehtiyac qalmır - inşaatçılar sadəcə yüngül karton gətirirlər, əsas material isə yerindəcə əldə olunur.
Lakin hələlik bəzi suallar açıq qalır. Mühəndislər karton "kərpiclərin" bir-birinə necə birləşdiriləcəyi və belə evlərin yağışa qarşı davamlılığı barədə ətraflı məlumat verməyiblər. Görünür, bu məsələ yaxın gələcəkdə açıqlanacaq.
Ekspertlərin fikrincə, layihə uğurlu olarsa, tikinti sənayesində ekoloji və iqtisadi baxımdan yeni dövr başlaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Sentyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















