Evləri külə dönən sakinlər fəryad edir: Çöldə qalmışıq, gedəcək yerimiz yoxdur
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kürdəmirin Şahsevən kəndində fərdi yaşayış evi yanıb.
Kənd sakini 58 yaşlı Xəlil Baxşıyevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.
"Yanğını söndürməyə çalışsaq da, bacarmadıq. Yanğınsöndürənlər gələnə qədər ev yanıb külə döndü. 70 min manata yaxın məbləğdə ziyan dəyib. Evdəki əşyaların, sənədlərin hamısı yanıb", - deyə zərərçəkən X.Baxşıyev bildirib.
Hadisə barədə danışan digər zərərçəkən Tərgül Baxşıyeva yanğının mətbəxdə başladığını deyib:
"Qapını açan kimi alov üzümə vurdu. Vedrədəki suyu üzərinə tökdüm ki, söndürüm. Amma heç nə edə bilmədim. Evdən bir şey çıxara bilmədik. Çöldə qalmışıq, gedəcək yerimiz yoxdur".
Daha ətraflı Baku TV-nin süjetində:
Evləri külə dönən sakinlər fəryad edir: "Çöldə qalmışıq, gedəcək yerimiz yoxdur"
Baxış sayı:93
Bu xəbər 17 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















