Icma.az
close
up
RU
Evlərin, zinyət əşyalarının alqısatqı qaydası dəyişir: Cərimələnə bilərsiniz

Evlərin, zinyət əşyalarının alqısatqı qaydası dəyişir: Cərimələnə bilərsiniz

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Nağdsız alış-verişlərdə tətbiq olunan 5 min manatlıq limitin artırılması nəzardə tutulur. 

Bu  məsələ “Sosial sığorta haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Belə ki, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək. 

Layihəyə əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək. 

Qeyd edək ki, qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Əgər yeni təkliflər qəbul edilərsə, bu, bazarda müsbət və ya mənsi hansı dəyişikliklərə səbəb olacaq? Limitin 15 min manata çatdırılması mal və məhsul sayan sahibkarlara və ya o məhsulu alan fiziki şəxslərə nə vercək? 

Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri, iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, əvvəl də belə praktika var idi, yeni qanun da bunun davamıdır:

“Əvvəl bu məhdudiyyət 5 min manata qədər idi, indi bunu 15 min manata qaldırırlar. Amma heç o 5 min manat işləmirdi, ona görə də bu limiti artırmaq məcburiyyəti yaranıb. 

Bu da qanunvericilikdə olan sərt qaydaların yumşalmasına gətirib çıxarır. Məqsəd əslində aydındır, amma Azərbaycan kimi primitiv iqtisadi modelə sahib olan ölkələrdə bunu tətbiq etmək problemə çevrilir. Yəni, iş adamlarına belə məhdudiyyətlər tətbiq edilirsə, onlar da satdığı məhsulu 15 min manata rəsmiləşdirəcək, qalan hissəsi isə nağd şəkildə həll ediləcək. 

Onda dövlət hansı addımı atacaq? Bunun hansı nəzarət mexanizmi var? Hər qızıl dükanının yanına bir nəzarətçimi qoyacaqlar? Bu qanun elə olmalıdır ki, sərfəli olsun. Nağdsız ödənişlər satana və alana sərf etməlidir ki, belə sərt qanunlara da ehtiyac qalmasın”. 

N.Cəfərli əlavə edib ki, hökumət bu qanunun işlək mexanizmə çevrilməsi üçün müxtəlif güzəştlərə getməlidir: 

“Məsələn, nağdsız alış-veriş edən sahibkarlara əlavə güzəştlər tətbiq edilsə, onlar məmuniyyətlə bu addımı atarlar. Eyni zamanda, vətəndaşlara hansısa güzəştlər olunsa, məsələn, ƏDV-nin geri qaytarılması mexanizmi hər kəsə aid edilsə, fiziki şəxs balaca bir qızıl dükanından nəsə alanda onun da ƏDV-sini yükləyə biləcəksə, o zaman hamının nağdsız ödənişlərə marağı artacaq. 

Yəni bu məsələdə maraqların idarə edilməsinə çalışmaq lazımdır.

Amma hökumət hər zaman maraqları deyil, insanları idarə etməyə çalışır ki, bu da effekt vermir”.

 Vilayət Muxtar 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri