Evli cütlük məktub yazıb, sirli şəkildə yoxa çıxdı
Icma.az, Lent az saytına istinadən bildirir.
Polşada ər-arvadın müəmmalı şəkildə yoxa çıxması dörd gün ərzində böyük axtarış əməliyyatına səbəb olub. Hadisəni daha da narahatedici edən isə cütlüyün yoxa çıxmazdan əvvəl sosial şəbəkələrdə vida mesajları paylaşması olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Polşanın Varmiya-Mazuriya voyevodalığının Rıbno qminasında baş verib.
Dorota P. və Yatsek P. sosial şəbəkələrdə paylaşdıqları mesajlarda bəzi yerli sakinləri və polis əməkdaşlarından birini onları evlərindən, yaşayış vasitələrindən və əmlaklarından məhrum etməkdə ittiham ediblər.
Qadın paylaşdığı məktubda onların guya böhtan və əsassız ittihamlar səbəbindən çıxılmaz vəziyyətə düşdüklərini yazıb və həyatlarına son qoymaq qərarına gəldiklərini bildirib.
Onun həyat yoldaşı da dostları ilə vidalaşaraq bundan sonra bir daha görüşməyəcəklərini qeyd edib.
Paylaşımlardan sonra hüquq-mühafizə orqanları dərhal genişmiqyaslı axtarışlara başlayıblar. Polis mümkün faciənin qarşısını almaq üçün bütün zəruri qüvvələri əməliyyata cəlb edib.
4 gün sonra tapıldılarDörd gün davam edən axtarışlardan sonra hadisə gözlənilməz sonluqla bitib.
Dzialdovo polisinin mətbuat katibi Yustina Novitskanın sözlərinə görə, itkin düşmüş ər-arvad qonşu Dombrovno qminasının ərazisində aşkarlanıb.
Məlum olub ki, hər iki şəxs sağdır və səhhətlərində hər hansı problem yoxdur.
Polis hazırda cütlüyün niyə belə addım atdığını, sosial şəbəkələrdə narahatedici vida mesajlarının hansı şəraitdə yazıldığını və məktublarda səsləndirilən ittihamların əsaslarını araşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Sentyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















