Icma.az
close
up
RU
Gənclər ənənəvi evlilikdən uzaqlaşırlar Sosioloqdan ETİRAZ

Gənclər ənənəvi evlilikdən uzaqlaşırlar Sosioloqdan ETİRAZ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Gənclər arasında ənənəvi evlilik qaydalarına marağın azaldığı müşahidə olunur. Qədim toy adət-ənənələrimizi  10-15 nəfərdən ibarət nikah mərasimləri əvəzləyir. Bu da cəmiyyət də bir sıra müzakirələrə səbəb olub. Gənclər daha çox sadə, modern və dostlarla birlikdə olan yığıncaqlara üstünlük verirlər. Bu proses də milli-mənəvi dəyərlərimizə təsirsiz ötüşmür.

Sosioloq Elçin Bayramlı Modern.az-a deyib ki, son vaxtlar cəmiyyətdə neqativ tendensiyaların sayı artıb. Bəzən “müasirlik” adı altında qədim adət-ənənələrimiz, dəyərlərimiz adiləşir və unudulur.
“Təəssüf ki, milli adət-ənənələrimizi qeyri-mədəni dəyərlər əvəzləyir”.

Sosioloq deyib ki, bəzi gənclər bunun adını “avropalaşma”, “müasirləşmə” qoyur.
“Yaşlı nəsil öz adət-ənənələrini qorusa da, bunu yeni nəsilə tam ötürə bilmir. Yeni nəsilin əksər nümayəndələri düşüncə və qərarlarında tamamilə milli dəyərlərdən uzaq hərəkət edirlər. Bəzən “müasirlik” adı altında bizə yad hadisələri də müşahidə edirik. Nəticədə heç bir dəyəri olmayan “kütlə” yetişir”. 

Sosioloqun fikrincə, bu proseslərdə ailə institutlarının rolu böyükdür.
“Düzgün maarifləndirmə aparılmadıqda böyüyən uşaq və yeniyetmələrin davranışları, düşüncələri mənfiyə doğru dəyişir. Avropa mədəniyyətindən yararlanmağın müsbət tərəfləri də var. Cəmiyyət daim inkişaf edib öyrənməlidir. Ancaq bunu öz dəyərlərini unudaraq deyil, yaşadaraq etsə, yaxşı olar”, - E.Bayramlı deyib.

Onun sözlərinə görə, yeni nəslin nümayəndələri ətraf cəmiyyətlərdən faydalı heç nəyi götürmür.
“Əgər yüz informasiya cəmiyyətə daxil olursa, onun biri ya da ikisi faydalı ola bilər. Qalanları bizə zidd olanlardır. Amma günahı ancaq gənclərdə görmək düzgün deyil. Yaşlı nəsil özü də bu istiqamətdə addımlar ata bilər, lakin atmır”,- deyə o bildirib.

!İstər toy adətləri olsun, istərsə də digər dəyərlərimiz, vətəndaşlar bilməlidir ki, ənənələri qorumaq, milli kimliyi qorumaqdır. Bütün nəslin əyləndiyi və fərqli adətlərin icra olunduğu, nişan-toy məclisləri, öz bayramlarımız artıq sönük və maraqsız keçirilir. Sanki adətlərimizə qəribə ikrah hissi yaranıb. Cəmiyyət olaraq, bu prosesə biganə qalmaq düzgün deyil. Hər bir vətəndaş ilk olaraq, yazılmayan qanunlarımıza (adət-ənənələrimizə) dəyər verib onu qorumalıdır”.
Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri