Icma.az
close
up
RU
Evlilik qərarı vermədən əvvəl nələr nəzərə alınmalıdır?

Evlilik qərarı vermədən əvvəl nələr nəzərə alınmalıdır?

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

"Evlilik sadəcə iki cinsin bir-birilə ailə həyatı qurub, uşaq dünyaya gətirib və hər kəsə xoş getməsi üçün davam edəcək bir proses deyil". 

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, "ailə həyatı qurmaq" sözünə diqqət etsək, evliliyin sadə bir məsələ olmadığını görərik:

"Yəni cütlük bərabər yeni həyat qurur. Sözün anlayışı bu qədər dərindirsə, "evlilik asandır" demək yanlışdır. Evlənmədən öncə tanışlıq olmalıdır. Sizcə, niyə adət-ənənə var? Hər bir nəticənin səbəbi olduğu kimi eynilə ənənənin də özünəxas səbəbi var. 

Məsələn, elçilik, nişan, xına, qız və oğlan toyu və s. Bunların hər biri fərqli proseslərdir. Bu müddət ərzində cütlüklərdən əlavə bütün ailələr tanış olur. Bunun üçün evliliyin önəmli bir hal olduğunu anlamaq lazımdır". 

Ekspert qeyd edib ki, evlilik qərarı vermədən öncə diqqət edilməsi olan bir çox məsələ var:

"Tanışlıq və ya sevgililik müddətində cütlüklər bir-birlərini həqiqətən tanımağa çalışmalıdırlar. Bəzən hisslərə qapılıb, evlənəndən sonra "düzələcək" demək əvəzinə zamanında bir-birinizi incitmədən,  aradakı insani hörmət itmədən ayrılmaq daha məqsədəuyğundur.  Bəlkə də, bunu çox insan qəbul etməz, ancaq hər kəsin özünə görə doğruları var. 

Məsələn, münasibətdə ayrılığın olmayacağını demək olmaz. Çünki qanun üzərində də, dini tərəfdən də baxanda hər bir nigah prosesi üçün seçim şansı verirlər, hər birinizin ayrı-ayrılıqda fikirləri, razılıqları öyrənilir. Sonda da münasibət davam edə bilmirsə, yolları ayırma seçimini təqdim edirlər". 

Həmsöhbətimizin fikrincə, problemlərin yaranma səbəbini analiz etmək lazımdır:

"Münasibətdə mübahisələrin olması qaçınılmazdır. Amma o problemi necə həll etməyə diqqət etmək lazımdır. Təktərəfli edilirsə və ya görməzdən gəlinirsə, şəxs daha çox zərər verəcək. Çünki hər iki halda da məsələ həll olmayıb və tərəflər hislərini tam rahat ifadə etməyib, basdırır. Üstəlik, bu cür davam etdikcədə yavaş-yavaş qırılmalar,  daha çox konfliktlər və mübahisələr müşahidə ediləcək.

Ümumiyyətlə, cütlük arasında dürüstlük olmalıdır. Bu sözü bəzən çox insan təktərəfli anlayır. Dürüstlük sadəcə doğrunu demək deyil. Bundan əlavə hissləri, düşüncələri, qərarları dürüst şəkildə bildirməkdir. Məsələn, hal-hazırda qarşı tərəflə zaman keçirtmək istəyirsən, sevildiyini hiss etmək və bunu dilə gətirməsini istəyirsən. Çünki hər insan müəyyən istəkləri və ehtiyacları var, amma bunu dilə gətirmir. 

Bəs insan niyə öz istək və ehtiyaclarını qarşı tərəfə bildirmir? Mənim dediklərim yalnız qadınlara və kişilərə deyil, onların hər ikisinədir. Ona görə ki, münasibəti ayırmaq belə yanlışdır. Nəzərə almaq lazımdır ki, münasibət iki şəxsin birlikdə bir yola çıxmasıdır".

Mütəxəssis əlavə edib ki, bərabər keçirilən zamana və o vaxt daxilində edilənlərə diqqət etmək lazımdır:

"Bərabər zaman keçirmək də qarşı tərəfi tanımağa kömək edir. Bu səbəbdən də bir-biriniz və yaxın ətrafınızla zaman keçirməyə çalışın. Çünki ətrafımızda necə insanlar varsa bizdə onlar kimi oluruq. 

Evlilik qərarı vermək üçün vacib faktorlardan biri də ünsiyyətdir. Münasibət daxilində necə bir ünsiyyət qurduğunuza fikir verməlisiniz. Cütlük seanslarımda daha çox eşitdiyim ünsiyyətsizlikdir. Hətta deyərdim ki, sadadıqlarımın əsas kökündə ünsiyyət durur. Doğru ünsiyyət yoxdursa orada sevgi, hörmət, güvən, mərhəmət, anlayış, dürüstlük və şəffaflıq olmaz. Ünsiyyətin doğru olduğunu qarşılıqlı dinləmə və anlayışın olması ilə görə bilərik". 

Aydan Məmmədova vurğulayıb ki, yaşadığımız münasibət diqqət etmək çox vacibdir:

"Yəni hər şey qarşılıqlı olmalıdır.  Münasibət taktikalardan ibarət deyil.  Özünüzə uyğun anlaşa biləcəyiniz şəxslə bərabər olun, bərabər olmaq üçün uyğunlaşmayın. Çünki bu müəyyən müddət davam edəcək. Zatən hisslər qarşılıqlı olmadığı halda sönür. 

Hansı ki, həmin hissi ancaq eyni hiss qığılcımlandıra bilər. Ən əsası da özünüzlə olan münasibətinizi qaydasına salmaqdır. Özünüzlə olan münasibət necədirsə, ətrafdan o cür münasibət görəcəksiniz. Bu dediyim isə bütün münasibət növlərinə aiddir. Yaranan hər bir məsələ yaxşı pis fərq etməz, bizim özümüzlə bağlıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Aprel 2025 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri