Icma.az
close
up
RU
Evlilikdəki problemləri həll etmək üçün MƏSLƏHƏTLƏR

Evlilikdəki problemləri həll etmək üçün MƏSLƏHƏTLƏR

Icma.az, Lent az saytına istinadən bildirir.

İlkin mərhələdə hər şey nağıl kimi görünür romantika, dəstək, ortaq gələcəyə dair arzular. Lakin evlilikdən və ya birgə yaşamağa başladıqda reallıq üzə çıxır. Gündəlik vəzifələr, ev işləri, fərqli gözləntilər. Əgər bu məsələlər vaxtında həll edilməzsə, məişət problemləri münasibətləri tədricən sarsıda və hətta onların sonuna gətirib çıxara bilər.

Məişət həyatında ən çox dağıdıcı olan münaqişələr hansılardır və onlara necə yanaşmaq lazımdır?

Lent.az xəbər verir ki, bu barədə həyat koçu Vitaliy Kursik xarici medialardan birinə danışıb.

Məişət həqiqətən sevgini məhv edirmi?

Mütəxəssisin fikrincə, cütlüklər tez-tez eyni şeylər üzərində mübahisə etməyə başlayır: təkrarlanan incikliklər, anlaşılmazlıqlar. Problem sadəcə yuyulmamış qab-qacaq və ya yerə atılmış paltarlarla bağlı deyil, ədalətsizlik hissi və fərqli tərbiyə modelləri ilə əlaqəlidir.

Bir ailədə ana hər şeyi özü görürsə, digərində vəzifələr paylaşılır. Cütlük eyni evdə yaşamağa başlayanda bu fərqlər toqquşur. Hər iki tərəf ev işlərinə alışmayıbsa, əməkdaşlıq yerinə məsuliyyətin bir-birinə ötürülməsi başlayır. Yəni problem məişət deyil, güzəştə getmə və razılaşma bacarığının olmamasıdır.

"Yenə qabları yumadın?"

Söhbət çirkli boşqablardan getmir. Əsas məsələ tərəflərdən birinin ev işlərində bərabər pay almamasından narahat olmasıdır. Bunun həlli isə mübahisə yox, konstruktiv bölgüdür. İşləri növbələşdirmək və ya vəzifələri dəqiq bölüşdürmək olar. Əsas odur ki, hər iki tərəf ədalətli yanaşma hiss etsin.

Maliyyə münaqişələri

Ailədə tez-tez gəlir və xərclərlə bağlı mübahisələr yaranır. Kim nə qədər qazanır, nəyə pul xərcləyir, niyə lazımsız bir şey alınıb və ya bahalı yemək sifariş olunub.

Koçun sözlərinə görə, əsas məsələ budur. Siz ortaqsınız, yoxsa sadəcə birgə yaşayan insanlar? Ailə büdcəsini birlikdə aparırsınız, ya da hər kəs öz qazancı ilə ayrı hərəkət edir? Əsas odur ki, hər iki tərəf üçün uyğun olan model seçilsin.

Valideynlərin müdaxiləsi

"Ana dedi ki, sənin bişirdiyin borş yaxşı deyil" kimi sözlər ciddi mübahisəyə səbəb ola bilər. Burada əsas məsələ yemək deyil, gənc ailənin sərhədləri və müstəqilliyidir.

Borş doğrudan da daha dadlı olmasa belə, bunu səsləndirmək münasibətlərə zərər verə bilər. Əks halda, “mənim atam səndən yaxşı qazanır” kimi cavablar alınar. Belə müqayisələr acıdır və fayda vermir.

"Yenə istirahət günlərini heç nə etmədən keçirdin"

Biri üçün bu günlər dincəlmək üçündür, digəri üçün isə ev işləri görmək şansıdır. Əgər prioritetlər fərqlidirsə, münaqişə qaçılmazdır.

Birinə görə yerə atılmış corab adi şeydir, digəri üçün isə narahatlıq mənbəyidir. Əgər təmizlik standartlarınız uyğun gəlmirsə, ev işlərinə köməkçi cəlb etmək yaxşı çıxış yolu ola bilər.

Sizi qıcıqlandıran vərdişlər

Açıq qoyulmuş diş pastası, hər yerdə corablar, səsli yemək yemək – bunlar xırda məsələlərdir, amma toplanaraq əsəbi artıra bilər.

Sevdiyiniz insanın göz rənginə və ya bədənindəki izlərinə alışmısınızsa, vərdişlərinə də alışmağa çalışın. Qarşıdurma yaratmaq əvəzinə, alternativlər təklif edin və ya bu halların qarşısını alan sistem qurun.

Başqaları ilə müqayisə

“Ayselin əri özü paltar yuyur”, “İsmayılın arvadı işləyib ev işlərinə də çatır” – bu kimi ifadələr motivasiya yox, inciklik yaradır.

Məişət həyatının özü düşmən deyil, münasibətlərin ayrılmaz hissəsidir. Söz-söhbətlərin faciəyə çevrilməməsi üçün əsas şərt mütəmadi ünsiyyət və anlaşmadır. Əgər danışmaq əvəzinə kin saxlanılırsa, problem böyüyür.

Münasibətləri təmiz ev və ya ideal büdcə deyil, “biz bir komandayıq” hissi qoruyur. Hətta biri zibili çıxarmağı unudanda belə.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 İyul 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri