Icma.az
close
up
RU
Evlilikdən əvvəlki stress və gərginlik Həkim çıxış yollarını göstərir

Evlilikdən əvvəlki stress və gərginlik Həkim çıxış yollarını göstərir

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Lent.az Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfovun müsahibəsini təqdim edir:

- Rövşən müəllim, cütlüklərin evlilikdən əvvəl psixoloji uyğunluğunu necə müəyyən etmək olar?

- Cütlüklərin psixoloji uyğunluğunu müəyyən etmək üçün ilk olaraq emosional ehtiyaclar və şəxsi sərhədlər müəyyən edilməlidir. Fərdi dəyərlər, həyat məqsədləri və münasibətdən gözləntilər haqqında səmimi söhbətlər aparmaq lazımdır. Bu uyğunluğu təsdiq etmək üçün psixoloji testlər və anketlərdən istifadə edilməlidir. Şəxsiyyət tipləri və emosional halları ölçən psixodiaqnostik testlər keçirərək, cütlüklərin münasibətlərini dəyərləndirmək olar. Cütlüklərin münaqişə zamanı davranışları, stresə reaksiyaları və qərar vermə prosesləri müşahidə edilməlidir.
Birlikdə vaxt keçirmək və müxtəlif çətin situasiyalarda bir-birilərinə necə dəstək olduqlarını təhlil edərək, uyğunsuzluqlar aşkara çıxa bilər. Tərəflər psixoloji travmalarını paylaşaraq bir-birini daha yaxşı tanımalıdır. Eyni zamanda, münasibətin hər iki tərəfə emosional təhlükəsizlik və dəstək verdiyinə əmin olmaq lazımdır. Cütlük terapiyasına müraciət etməklə gələcək münaqişələri əvvəlcədən müəyyən etmək və sağlam münasibətlər qurmaq olar.
Uyğunluq yalnız oxşarlıqlarda deyil, fərqlərin hörmətlə qarşılanması ilə tənzimlənir. Psixoloji uyğunluq, cütlüklərin birgə həyatdakı çətinliklərə qarşı mübarizə üçün təməl yaradır.

- Mübahisələri necə konstruktiv şəkildə həll etmək olar?

- Mübahisələri konstruktiv şəkildə həll etmək üçün ilk addım, hər iki tərəfin bir-birini dinləməyə hazır olmasıdır. Münasibətləri dialoq sağlamlaşdırır. Aktiv dinləmə zamanı tərəflər bir-birinin hisslərini və fikirlərini qəbul etdiklərini göstərməlidirlər. Problemləri təhlil edərkən, ittiham və ya qərəz dilindən uzaq durmaq vacibdir. Cütlüklər öz hisslərini empatiya quraraq ifadə etməkləri daha faydalıdır. “Sən həmişə belə edirsən” əvəzinə, “Bu vəziyyətdə özümü narahat hiss edirəm” demək daha doğrudur. Mübahisələrin məqsədi həll yolu tapmaq olmalıdır, qalib və məğlub axtarmaq deyil.
Tərəflər, emosional reaksiyalarını idarə edə bilmədikləri hallarda qısa fasilə vermək və sakitləşmək üçün zaman ayıra bilərlər. Kompromis mədəniyyətini inkişaf etdirmək və hər iki tərəfin maraqlarına cavab verən ortaq qərarlar qəbul etmək mübahisələri müzakirələrlə əvəz edir. Problemləri şəxsləşdirməmək vacibdir. Mübahisələrdən sonra bir-birindən üzr istəmək və hər iki tərəfin hisslərini müzakirə etmək əlaqəni gücləndirir.

- Cütlüklər evlilikdən əvvəl stres və gərginliyin öhdəsindən necə gələ bilərlər?

- Stres və təzyiqlərlə başa çıxmaq üçün cütlüklər açıq və səmimi ünsiyyət qurmalıdırlar. Hər iki tərəf bir-birinin stres mənbələrini başa düşməli və bunları aradan qaldırmaq üçün dəstək göstərməlidir. Stresi idarə etmək üçün birlikdə zaman keçirmək faydalıdır. Prioritetləri düzgün müəyyən etmək və birgə planlama aparmaq, cütlüklərin stressi azaldaraq idarə etməsinə kömək edir. Cütlüklərin fərdi olaraq emosional sağlamlıqlarını qorumaq üçün fərdi terapiya və psixoloji seanslar almağı vacibdir. Cütlüklərin bir-birinə empatiyası münasibətləri möhkəmləndirir.
Streslə bağlı məsələləri müzakirə etməkdən çəkinməmək vacibdir, çünki susqunluq problemləri daha da dərinləşdirə bilər. Ailədə susmaq yox, paylaşmaq lazımdır. Stresli vəziyyətlərdən sonra birgə vaxt keçirmək və əlaqəni gücləndirən jestlər etmək münasibətə müsbət təsir göstərir. Cütlüklərin streslə mübarizədə psixoloji dəstək almaqlarına ehtiyac varsa, təxirə salmaq olmaz.

- Cütlüklərin fərqli həyat tərzləri münasibətə necə təsir edə bilər?

- Fərqli həyat tərzləri münasibətə həm müsbət, həm də mənfi təsir edə bilər. Müxtəlif dünyagörüşləri münasibəti zənginləşdirə, lakin anlaşılmazlıqlara səbəb ola bilər. Cütlüklərin psixoloji uyğunsuzluğunda müşahidə olunan hal olaraq dəyərləndirilir. Cütlüklər bu fərqləri qəbul etməyi və bir-birinin seçimlərinə hörmət göstərməyi öyrənməlidirlər.
Həyat tərzlərinin uyğunlaşdırılması üçün açıq ünsiyyət və empatiya vacibdir. Evlilik öncəsi cütlüklər fərqlilikləri qəbul edib bu fərqləri münasibətlərinə necə uyğunlaşdıracaqlarına dair ortaq qərarlar verə bilərlər. Müxtəlif həyat tərzlərini münasibətə təhdid kimi deyil, inkişaf fürsəti kimi görmək önəmlidir. Cütlüklər ortaq dəyərlərini inkişaf etdirməlidirlər. Fərqliliklər üçün psixoloji dəstək və cütlük terapiyası alınmalıdır. Cütlüklərin fərqləri başa düşmək və psixoloji uyğunlaşmaqları münasibətlərini sağlam inkişaf etdirəcəkdir.

- Evlilikdən əvvəl bir-birlərinin ailəsi ilə münasibətləri necə tənzimləmək olar?

- Evlilikdən əvvəl ailələrlə münasibətlərin tənzimlənməsi üçün dəyər və hörmətli ünsiyyət əsasdır. Hər iki tərəf ailələrini bir-birinə tanıdaraq doğmalıq mühiti yarada bilər. Şəxsi sərhədləri qorumaq və ailələrin münasibətə həddən artıq müdaxiləsini məhdudlaşdırmaq vacibdir. Cütlüklər ailələrlə qarşılaşan problemləri birgə müzakirə edib ortaq həll yolları tapmalıdır. Münaqişələrin qarşısını almaq üçün hər iki tərəf ailələrin fərqli mədəniyyət və dəyərlərini başa düşməyə çalışmalıdır. Mühit və ailə gözləntilərinin başa düşülməsi münasibətlərin harmoniyasını artırır.
Cütlüklər öz aralarında razılığa gəlib ailələrlə necə davranacaqlarına dair strategiya qurmalıdırlar. Stresli vəziyyətlərdə sakit və hörmətli davranış göstərmək gərginliyi azaldır. Ailələrlə münasibətlərdə dürüstlük vacibdir. Cütlüklərin sağlam ailə münasibətləri dürüstlüklə tənzimlənməlidir.

- Evlilikdə şəxsi sərhədlərin qorunması nə dərəcədə önəmlidir?

- Şəxsi sərhədlərin qorunması sağlam və uzunmüddətli evlilik üçün vacibdir. Hər bir tərəfin öz maraqlarına, şəxsi vaxtına və fərdi azadlıqlarına hörmət edilməsi münasibətlərin balansını təmin edir. Şəxsi sərhədlər, cütlüyün bir-birinə qarşı güvən və hörmətini artırır. Cütlüklər bir-birinin fərqliliklərini qəbul etməlidirlər. Qəbullanmaq çətin deyil, amma əziyyətlidir. Burda psixoloji əziyyətdən söhbət gedir. Qəbullanmaq fədakarlıq tələb edir. Fədakarlıq edərkən sərhədlər pozulmamalıdır. Sərhədlərin pozulması cütlüklər arasında gərginlik yarada və emosional bağlılığı zəiflədə bilər. Açıq və səmimi ünsiyyət sərhədlərin müzakirəsində və müəyyən edilməsində əsas rol oynayır. Hər iki tərəf sərhədlərin nə olduğunu və niyə vacib olduğunu başa düşməlidir. Sərhədlərə hörmət göstərmək cütlüklərə daha güclü emosional bağ yaratmağa kömək edir. Fərdilik fərqlilik yarada bilər, amma ailədə fərqlilik sağlam düşüncədir. Ailə “mən” düşüncəsi ilə başlayır, “biz” ifadəsi ilə davam edir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri